ABŞ və Fransa Cənubi Qafqazı xaosa sürükləməyə çalışır

post-img

Ermənistan yenə də sakit dayanmır. Qərbin, konkret olaraq ABŞ və Fransanın idarə etdiyi İrəvan Azərbaycana qarşı hərbi təxribata əl atır. Fevralın 12-də Azərbaycan–Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn addım atmaqla Ermənistan xaricdəki kuratorlarının siyasi sifarişlərini yerinə yetirməyə çalışır. Əlbəttə ki, ermənilərin törətdikləri təxribat cavabsız qalmadı, fevralın 13-də Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq “qisas əməliyyatı” keçirildi. Ermənilər və xaricdəki təlimatçılar anlamalıdırlar ki, Azərbaycan belə təxribatlara bundan sonra da cavab verəcək və postmüharibə reallıqlarının nəticələrini dəyişməyə cəhd göstərən qüvvələrə qarşı milli maraqlarına uyğun addımlar atacaq.

İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz regionundakı proseslər yeni reallıqlar şəraitində in­kişaf edir. Postmüharibə reallıqlarının məntiqinə uyğun olaraq Azərbaycan Ermənistana əməkdaşlıq əlini uzadır və regional təhlükəsizliyin güclənmə­sinə, eyni zamanda, iki ölkə arasında münasibətlərin normallaşmasına şərait yaradacaq sülh müqaviləsini imzala­mağa çağırır. Lakin ABŞ başda olmaq­la Qərb Cənubi Qafqazdakı yeni reallı­ğı qəbul etmək istəmir və Ermənistanı sülh gündəminə sadiq qalmasına yox, təhlükəsizliyə təhdid törədən yol tutma­ğa şirnikləşdirir. Əlbəttə, Ermənistanın Qərb üçün strateji əhəmiyyəti böyük deyil, İrəvan bir əsr öncə olduğu kimi, bu gün də digər ölkələrə qarşı, indiki halda Rusiyaya qarşı alət rolunu oy­nayır. Qərb ermənilərin əli ilə regiona soxulmaq və Rusiyanı buradan çıxar­maq məqsədini güdür. Ermənistanın son iki ildə anti-Rusiya siyasəti və Qərb ilə dialoqunu gücləndirməyə çalışması buna sübutdur.

Təbii ki, Cənubi Qafqaz regionu­nun uzun əsrlər boyu tarixin müəyyən dövrlərində böyük dövlətlər üçün bö­yük strateji əhəmiyyətə malik olduğu məlumdur. Böyük İpək Yolu dövründən Cənubi Qafqaz regionunun Çini Avropa ilə birləşdirən ən qısa quru dəhlizi kimi mühüm rol oynaması da heç kimə sirr deyil. Bölgə həm də Qara və Xəzər dənizləri arasında körpüdür və Yaxın Şərq və Mərkəzi Asiyaya giriş qapısı kimi xidmət edir. Buna görə də, Cənu­bi Qafqazın coğrafi mövqeyinin strateji aspektləri və nəqliyyat kommunikasiya­ları sistemində tutduğu yer çox önəm­lidir. Regionun strateji əhəmiyyətinə görə ABŞ-ın rəhbərliyi altında kollektiv Qərb Cənubi Qafqazda möhkəmlən­məyə çalışır və bunun üçün destruktiv addımlar atmaqdan çəkinmir. 44 gün­lük müharibədə darmadağın edilmiş və müharibənin acısını hələ də unutma­mış Ermənistana siyasi-hərbi dəstək verməsi Qərbin bölgədə Böyük oyun oynamağa başladığını təsdiqləyir. 

Əslində, Qərb hər zaman təsir dairə­si yaratmaq istədiyi hər bölgədə məhz belə siyasət yürüdür. Qərb bu siyasəti bir çox regionlarda və ya ölkələrdə – Yaxın Şərqdə, Əfqanıstanda, Ukrayna­da həyata keçirir. Problem dərinləşən­də və ya münaqişəyə çevriləndə Qərb müvafiq bölgəni və ya ölkəni problem­ləri ilə tək qoyub uzaqdan seyr etməyə üstünlük verir. Çox az hallarda dəstək verir. İndi də Qərb Cənubi Qafqazda sabitliyi pozmaq üçün Ermənistan va­sitəsilə hərəkət edir. Qərb regionda təsirini artırmağa çalışır. Belə ki, o, xü­susilə, regionda böyük enerji ehtiyatla­rına malik olan Azərbaycana nəzarət etməyi, Rusiyanı regiondan çıxartmağı, Türkiyə və İranının təsirini məhdudlaş­dırmağı hədəfləyir. Ermənistan Qərbin bu təhlükəli oyununda marianet ol­mağa razıdır. Lakin regional və qlobal vəziyyətə nəzər salsaq, kifayət qədər infrastruktura malik olmayan Qərbin başladığı bu oyunda uğur qazana bil­məyəcəyi dəqiqdir. Bu gün regionda əsas aktorlar Azərbaycan, Rusiya, Tür­kiyə və İrandır, buna görə də bu ölkələr­lə hesablaşmamaq mümkün deyil. Er­mənistan isə Qərbin alətinə çevrilməklə düşdüyü hazırkı çətin vəziyyətini daha da ağırlaşdıracaq.

Azərbaycan bütün ərazisi üzərində öz suverenliyini bərqərar etdi. Heç bir mübahisəli məsələ qalmadı. Azərbay­canın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Nikol Paşinyan heç bir səbəb olmadan Azərbaycana qarşı əsassız bəyanatlar verir, sülh müqaviləsinin imzalanmasına süni ən­gəllər yaradır. İrəvanın da belə məsuliy­yətsiz davranmasında ABŞ və Fransa günahkardır. Bu ölkələr geosiyasi ma­raqları naminə Ermənistana sülh yox, müharibə yolunu tutmağa sürükləyir. Qərb Ermənistanın himayədarı kimi çıxış edir, bu da onu Ukrayna, Suriya kimi dövlətlərin vəziyyətinə salır. Nikol Paşinyan hökuməti Ermənistanı sülhün yox, böyük dövlətlərin haqq-hesab çək­dikləri məkana çevrilməsi üçün əlindən gələni edir. 

Ermənilər də etiraf edirlər ki, Nikol Paşinyan ölkə üçün təhlükəli siyasət yürüdür. Məsələn, Ermənistan İrəvan Dövlət Universitetinin Avropa Araşdır­maları Mərkəzinin rəhbəri, siyasi elmlər namizədi, dosent Vladimir Martirosyan mətbuata müsahibəsi zamanı deyib ki, Nikol Paşinyanın siyasi davranışı təkcə Ermənistan üçün deyil, həm də regi­on və digər ölkələr üçün təhlükəsizlik problemi yaradır: Onun sözlərinə görə, xüsusilə təhlükəsizlik sahəsində qon­şularla münasibətdə gözlənilməzlik Er­mənistan rəhbərinin irəli aydın prinsip­lərin olmaması ilə bağlıdır: “Bu, xarici siyasət tərəfdaşları üçün onun müxtəlif təhlükəsizlik vəziyyətlərində davranışı­nı proqnozlaşdırmaqda çətinlik yaradır. Xarici siyasət tərəfdaşları Paşinyana qulaq assalar da, onu öz ölkələrinin təhlükəsizliyinə potensial təhlükə kimi görürlər”. 

Göründüyü kimi, Ermənistanın xa­rici kuratorlarının təlimatları əsasında fəaliyyət göstərdiyini erməni mütəxəs­sislər də etiraf edirlər. Rusiya rəsmiləri də hesab edirlər ki, Birləşmiş Ştatlar Cənubi Qafqazdan Rusiyaya qarşı “ikinci cəbhə” açmaq üçün istifadə et­mək istəyir. Xarici işlər nazirinin müa­vini Mixail Qaluzin bildirmişdi ki, “bütün bunlar region xalqlarının həqiqi ma­raqlarına əsaslı şəkildə ziddir”. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova da hesab edir ki, Ermənistan xarici siyasətini yenidən istiqamətlən­dirmək niyyətini nümayiş etdirir. Onun fikrincə, ABŞ və Avropa İttifaqının hərəkətləri “Rusiyanı Cənubi Qafqaz­dan sıxışdırmaq məqsədinə tabedir”. “Onlar regionda mövcud təhlükəsizlik mexanizmlərini məhv etmək istəyir­lər, eyni zamanda, Moskvanın iştirakı ilə əldə edilmiş üçtərəfli razılaşmaları, sözün əsl mənasında, həyasızcasına oğurlayıb, konyektur mülahizələrə uy­ğun dəyişmək istəyirlər”. Belə görünür, İrəvan ona ünvanlanmış bu xəbərdar­lıqları ciddiyə almır və ona görə də, Avropa İttifaqı missiyasının yerləşdiyi ərazidən Azərbaycan əsgərinə snay­perdən atəş açır. Bu isə o deməkdir ki, ABŞ və Fransa Ermənistanla Azərbay­can arasında hərbi əməliyyatların əsas sponsorlarıdır.

S.ELAY
XQ

Siyasət