Erməni siyasi gündəmi – sülhdən yayınmaq “formulları”

post-img

Hayastanın bəhanələri bitib-tükənmir...

Konstitusiya dəyişikliyi, Azərbaycanla sülh, Rusiya ilə münasibətlər. Hazırda başlıca olaraq bu üç mövzu Ermənistanın siyasi gündəmini məşğul etməkdədir. Diqqətçəkən cəhət ondadır ki, konstitusiya dəyişikliyi və Rusiya ilə münasi­bətlər xüsusunda ortaya çıxanlar da özlüyündə Azərbaycanla sülh gündəliyinə təsir göstərməkdədir. Əlbəttə, söhbət mənfi təsirdən gedir. Birincidən başlayaq. 

Məlumdur ki, Azərbaycan rəhbərliyi də Ermənistan konstitusiyasının də­yişdirilməsinin vacibliyini vurğulayıb. Bunun çox sadə səbəbi var – həmin konstitusiyada qonşulara, o cümlədən, Azərbaycana qarşı ərazi iddiaları yer alır. İrəvan sülhdə maraqlıdırsa, gərək, ilk növbədə, özünün əsas qanununa əl gəzdirsin. Nəzərə alaq ki, dəyişiklik həm də səmimiyyət jestidir. 

Ancaq Ermənistanda məsələni belə qiymətləndirməyənlər siyasi meydanda­dırlar. Onlar bildirirlər ki, Bakının bəyanatı Ermənistanın suverenliyinə qəsddir. Belə təxribatçı mövqe tutanlar onu da vurğu­layrılar ki, Azərbaycan, guya, Ermənista­nın ərazi bütövlüyünü pozaraq, ölkənin 220 kvadratkilometrdən çox ərazisini işğal edib və guya, indi təcavüzünü respublika­nın fundamental sənədlərini sıradan çıxar­maqla davam etdirir. Ən başlıca məqam isə budur ki, başıpozuqlar yığını ölkəmiz tərəfindən irəli sürülmüş məsələnin Ermə­nistanın tamamilə məhvinə yönəldiyinə dair vay-şivən qaldırırlar. 

Bəli, müasir Ermənistan Respublikası­nın fundamental əsası işğalçılıq, Qarabağ avantürası üzərində qurulub. Əslində, ölkə 1918-ci ildə müstəqilliyini əldə edərkən də eyni motivlər aktual idi. Bu isə o demək­dir ki, ərazi iddiası olmasa, Ermənistan bir dövlət kimi yoxdur. Deməli, mövcud tra­yektoriyada dəyişiklik mütləqdir. Yəni, Er­mənistan mövcudiyyət üçün fərqli yol seç­məlidir. Əlbəttə, bunu ölkədə dərk edənlər var. Ancaq, təəssüf ki, onların sayı şivən ritorikasına baş vuranlardan ya çoxdur, ya da birincilərin susqunluğu fonunda ikin­cilərin qışqırığı daha ucadan gəlir. 

Ermənistandakı revanşist kəsim iddia edir ki, vaxtilə sülh yolunda əsas maneə Azərbaycanın və Türkiyənin Qarabağ məsələsinin həll olunmaması ilə bağlı bə­yanatları idi. Artıq Qarabağ məsələsi yolu­na qoyulub, ancaq Bakı bununla kifayət­lənmək fikrindən uzaqdır. 

Əlbəttə, erməni siyasilərin səsləndir­dikləri bəhanədir. 2020-ci ilin 44 günlük müharibəsindən sonra yeni nələrisə uydu­rub onu sülh gündəmi kimi təqdim edən Ermənistan hakimiyyəti olub. Erməni siya­si isteblişmenti də ölkə rəhbərliyinin hansı siyasi manipulyasiyalara baş vurduğunu gözəl anlayır. Mövcud xüsusda hər iki qütb arasında yazılmamış anlaşma möv­cuddur. 

Tam aydındır ki, Ermənistana sülh lazım deyil. Ona görə də ölkə reallığı qə­bul etmək niyyətindən uzaqdır. Müvafiq olaraq, Azərbaycan tərəfindən səslənmiş bütün fikirlər erməni cəmiyyətinə qıcıq­landırıcı tərzdə təqdim olunur. Eləcə də, konstitusiya dəyişikliyi ilə bağlı məsələ. Baxmayaraq ki, onu ilk dəfə erməni iqtida­rı gündəmə gətirib, mövzu o tərzdə vurğu­lanır ki, sanki, Bakı İrəvana əsas qanun­da dəyişikliyi diktə edir. Nəticədə psixoz mühitin təsirləri güclənir və reallıq ikinci plana keçir. İlk baxışdan, bu durumu ya­radan Ermənistan müxalifəti kimi görünür. Ancaq məsələ heç də belə deyil. Çünki zaman-zaman ölkə hakimiyyətinin məhz müxalifətin dilindən səslənmiş avantürist baxışları özünün siyasətinin tərkib hissə­sinə çevirdiyini görmüşük.

Dediyimiz kimi, Ermənistanın siyasi mühitinin əsas mövzularından biri də Ru­siya ilə münasibətlərdir. Əlbəttə, mövcud xüsusda birinci cəhət Azərbaycanla sülh gündəmidirsə, ikinci məqam Ermənista­nın Qərblə yaxınlığıdır. Qərblə yaxınlığa son zamanlar bir seqment də əlavə olu­nub. Söhbət NATO seqmentindən gedir. İrəvanda səfərdə olan NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın açıqladığı kimi, Ermənista­nın Alyans ilə siyasi və praktiki əməkdaşlı­ğı fəallaşdırmaq qərarı ruhlandırıcıdır. Er­mənistan hakimiyyəti isə bu kursu ölkənin təhlükəsizliyinin möhkəmlənməsi baxımı­dan izah etməyə çalışır. 

Əlbəttə, Ermənistana konkret təhlükə­sizlik təminatı lazımdır. Ancaq ölkənin si­yasi ekspertləri bildirirlər ki, indiki durumda NATO-da, ABŞ-da və Avropa İttifaqında heç kim belə bir zəmanəti verməyə hazır deyil. Mövcud istiqamətdə yalnız şifahi vədlər nəzərə çarpır. Əlbəttə, bu mənada, Fransanı istisna saymaq mümkündür. An­caq o da məlumdur ki, Parisin özünün də beynəlxalq durumu qaydasında deyil. 

Digər tərəfdən, burada İran faktoru da vurğulanmalıdır. Ermənistanın NATO ilə əməkdaşlığa can atması kontekstində bu faktorun İrəvanın təhlühəsizliyinin təmina­tı baxımından nə dərəcədə önəmli olacağı şübhəlidir. Nəzərə alaq ki, bu günlərdə İran Ermənistana səfər etmiş Ali Dini Rəhbərin müşaviri Kamal Xərrazinin dili ilə Qərbin İranın şimal sərhədlərində mövcudluğu­nun qəbuledilməzliyini diqqətə çatdırdı. Bu, o deməkdir ki, Qərbin istənilən infra-strukturu, ilk növbədə, NATO İran üçün “qırmızı xətt”dir. 

Bilavasitə, Rusiyanın üzərinə gələk. Hələlik, Moskva İrəvanın davranışlarına yalnız ritorika səviyyəsində reaksiya ve­rir. Çünki ikincinin Qərb xüsusunda NATO ilə yaxınlaşması hələlik reallıq kimi gö­rünmür. Deməli, Kreml ehtiyatlıdır. Onun ehtiyatlı davrandığını təsdiqləyən daha bir xüsus da var. 

Xatırlayaq ki, Rusiya Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiyasının yolverilməz olduğunu bildirmişdi. Ancaq bu il fevralın 1-dən İrəvan BCM-in tamhüququlu üz­vünə çevrildi. Yəni, Roma Statutu rəsmən qüvvəyə mindi. Moskva isə buna qarşı­lıq səbrli davrandı. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirdi ki, Roma Statutunun qəbulunun Moskva–İrə­van ikitərəfli münasibətlərinə təsir göstər­məyəcəyinə ümidvardır. 

Deməli, Ermənistan tərəfindən bilava­sitə özünə qarşı yönəlməyən hərəkətlər olmazsa, Rusiya bəyanatlarla məhdud­laşa bilər. Moskva fərqindədir ki, İrəva­na qarşı cəza mexanizmlərindən istifadə mənfi reaksiya doğuracaq. Yəni, sərtlik Ermənistana hansısa yolla öz hərəkətlə­rini və siyasətini yenidən düşünməyə və qiymətləndirməyə şərait yaratmayacaq, əksinə, ölkədə atdığı addımların düzgün­lüyü hissi güclənəcək. Ancaq bu, heç də o demək deyil ki, Kreml İrəvanı iqtisadi, enerji və s. alətlərlə sıxmağa çalışmaya­caq. 

Bəli, Rusiya ümidlidir ki, Ermənistan qatarı ondan uzaqlaşmayıb. Bir ümid yeri də İrəvanın Rusiyanın hakim rol oynadığı Avrasiya İqtisadi İttifaqına rotasiya qay­dasında sədrliyə başlamasıdır. Bu sədrlik Ermənistanın 2022-ci ildə Kollektiv Təh­lükəsizlik Müqaviləsi Təşkilatına sədrliyi zamanı çıxardığı oyunbazlığı unutdurur. 

Sonda onu deyək ki, Ermənistan ha­kimiyyəti yuxarıda qeyd etdiklərimiz xü­susunda Azərbaycanla sülhdən boyun qaçırmaqdadır. Mövcud durumda onun gələcək fəaliyyətinin nədən ibarət olaca­ğını proqnozlaşdırmaq da müəyyən qədər çətindir. 

Ə.RÜSTƏMOV
XQ

Siyasət