İranın xarici işlər naziri Azərbaycan-Ermənistan danışıqlarını alqışlayıb

post-img

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı zamanı Azərbaycan və Ermənistan arasında danışıqların gedişini alqışlayıb.

Bu barədə İranın İRNA agentliyi məlumat yayıb.

Telefon danışığı zamanı nazirlər Cənubi Qafqazdakı vəziyyəti, ikitərəfli əməkdaşlığın hazırkı durumunu və münasibətlərin inkişafı yollarını müzakirə ediblər. Nazirlər, həmçinin regional və beynəlxalq məsələləri də müzakirə ediblər.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət