Rəşad Məcid: Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin müsahibələri jurnalistika tədrisi üçün bir vəsaitdir

post-img

Ulu Öndər Heydər Əliyevin mətbuata böyük önəm verməsi onun bütün müsahibələrində açıq şəkildə görünür. 1998-ci ilin avqustu mətbuat üçün bir bayram oldu. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli Fərmanı ilə senzura ləğv edildi. Bu hadisə dünya mediasında böyük hay-küylə təqdim olunmuşdu. Senzuranın ləğvindən sonra mətbuat-məmur qarşıdurması daha da artmışdı. Ümummilli Lider o zaman da mətbuatı müdafiə edirdi.

Bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid AZƏRTAC-ın təşkilatçılığı ilə keçirilən “Azərbaycan mətbuatının inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfransda çıxışında deyib.

O bildirib ki, Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin müsahibələri jurnalistika tədrisi üçün bir vəsaitdir.

Rəşad Məcid Şuşada keçirilən Qlobal Media Forumunun ənənə halını alacağına əminliyini ifadə edərək bildirib: “Növbəti illərdə də bizim dünyanın müxtəlif ölkələrindən gələn məşhur jurnalistlərlə görüşlərimiz olacaq, Prezident İlham Əliyev də onların suallarına bizi qürurlandıracaq şəkildə cavablar verəcək”.

Siyasət