Azərbaycan özünü xarici təsirlərdən qoruyan ölkədir

post-img

“Azərbaycan Prezidenti İlham Əliyev ölkədə növbədənkənar prezident seçkiləri təyin etdi. Bu, təbii ki, bir sıra siyasi məsələlərlə bağlı qəbul edilmiş ciddi bir qərardır. Eyni zamanda, 2024-cü ildə Cənubi Qafqaz uğrunda mübarizə aparan bəzi dövlətlərdə də prezdent seçkiləri keçiriləcək. Beynəlxalq təcrübədə belə hallara çox təsadüf olunur ki, prezdent seçkiləri ərəfəsində böyük dövlətlərin özlərinin nüfüz dairələri hesab etdikləri ölkələrə təzyiq və təhdidləri çoxalır. Məncə, növbədənkənar prezdent seçkilərinin ölkəmiz üçün əsas əhəmiyyəti böyük dövlətlərin Azərbaycanın daxili işlərinə müdaxilə imkanından mərhum edilməsidir”. 

Bu fikirləri “Xalq qəzeti”nə Ümid Partiyası Mərkəzi Aparatının rəhbəri, politoloq Taleh Əliyev növbədənkənar prezident seçkilərini şərh edərkən dedi.

Taleh Əliyev xatırlatdı ki, xeyli vaxtdır, Prezdent İlham Əliyev ölkə­mizdə dərin siyasi islahatların aparıla­cağı anonsunu verir: 

– “2024-cü il bir yox, bir neçə seçki­nin – parlament və bələdiyyə seçkilə­rinin də keçrilməsi ilə yadda qalacaq. Bu seçkilər ölkəmizin ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcı olacaq. 

Ümid Partiyası olaraq, 7 fevral növbədənkənar prezdent seçkilərinin keçrilməsi ilə bağlı rəsmi mövqeyi­mizi ictimaiyyətə bəyan etmişik. Bu gün torpaqlarımız işğaldan azad edi­lib, dövlət sərhədlərimizə nəzarət öz əlimizdədir, amma proses hələ bit­məyib. Müxtəlif xarici təsirlər, bəzən təhdidlər, sülh müqaviləsinin bağlan­maması hələ də narahatlıq və böyük nigaranlıq yaradır. Belə vəziyyətdə başlanılan və uğurla aparılan bir si­yasətin yekuna varması üçün mütləq stabillik və davamlılıq, o cümlədən, bu prosesi aparan Ali Baş Komandan İlham Əliyevin öz vəzifəsini sonadək icra etməsi ən məqsədəuyğun hal olardı”.

Taleh Əliyevin sözlərinə görə, Azərbaycan dövlətinin maraqlarını, ərazi bütövlüyünün bərpası işinin sülh müqaviləsi ilə yekunlaşmasını, aparılan siyasətin davamlılığını, su­verenliyimizin möhkəmlənməsini, bu tarixi uğurun və şansın mütləq qələ­bə ilə sonlandırılmasını dəstəkləyən Ümid Partiyası 2024-cü ilin 7 fevral tarixində keçiriləcək növbədənkənar seçkilərdə hazırkı Prezident, Ali Baş Komandan İlham Əliyevin namizəd­liyini dəstəkləyir və bunu ölkəmiz, xalqımız adına ən doğru qərar sayır. 

Politoloq hesab edir ki, tarixi qələ­bələrdən sonrakı mərhələlərin Prez­dent İlham Əliyevlə davam etdirilməsi ən doğru qərardır: “Çünki İlham Əli­yevin İkinci Qarabağ müharibəsində döyüş meydanında müzəffər Ali Baş Komandan kimi əldə etdiyi tarixi qələ­bəni mahir bir diplomat kimi danışıqlar prosesində də uğurla yekunlaşdırmaq gücünə inanırıq”.

Rizvan FİKRƏTOĞLU
XQ

Siyasət