İcma: Ermənistan əgər sülhdə maraqlıdırsa, Azərbaycana qarşı yönəlmiş təxribatçı addımların qarşısını almalıdır

post-img

Tarixin arxivinə atılmış qondarma quruma aid bir sıra “təşkilatlar” beynəlxalq ictimaiyyətə “müraciət” ünvanlayıblar.

“Müraciət”in ən gülünc hissəsi Qarabağa qayıdış üçün Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təhdid edən sarsaq şərtlərin qoyulmasıdır.

Bu barədə Qərbi Azərbaycan İcmasından məlumat verilib.

Məlumatda, həmçinin deyilir: “Qarabağ erməniləri nəinki irqçi ideologiyadan, “miatsum” nağıllarından, etnik nifrətdən xilas ola bilmir, həm də hələ də paralel dünyada yaşayırlar. Hiss olunur ki, Vardan Oskanyan, Artak Beqleryan ağılda olan “müraciət”in müəllifləri son 35 il ərzində baş verənlərdən lazımi dərs çıxara bilməyiblər.

Ermənistan hökuməti əgər həqiqətən də sülhdə maraqlıdırsa, onda Azərbaycana qarşı yönəlmiş bu cür təxribatçı addımların qarşısını almalıdır”.

Siyasət