“Ukraynalaşma bizim üçün yol deyil, xüsusən ona görə ki, Qərb bizə kömək vəd etmir, bizi illüziyalarla qidalandırır”.
“Caliber” xəbər verir ki, bu barədə erməni politoloq Suren Surenyants yazıb.
“Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı deyib ki, əgər onlara lazımi yardım göstərilməsə, Rusiyanın qələbəsi qaçılmazdır. Ukraynanı suverenlik modeli kimi təqdim edən yalançı qərbpərəstlərimiz bu sətirləri diqqətlə oxusunlar. Rusiya ilə açıq qarşıdurmaya girən Ukrayna xarabaya çevrilib və kənar yardımdan o qədər asılıdır ki, hətta onun gecikməsi dövlətçiliyin dağılmasına gətirib çıxara bilər”, - deyə S. Surenyants bildirib.
Rizvan FİKRƏTOĞLU
XQ