Aram Sarkisyan: Hindistan texnikaları Ermənistana İrandan daşınıb

post-img

“Hindistandan alınan hərbi texnikamızın əsas hissəsi xoşbəxtlikdən artıq Ermənistana da çatıb”.

“Caliber” xəbər verir ki, bu barədə Ermənistan Respublika Partiyasının sədri Aram Sarkisyan müsahibəsində deyib.

“Bu texnikanı Ermənistana daşıma məsələlərini təşkil edən Rusiya təşkilatı dəstək verməli idi. Ermənistan bunun üçün pul ödəməli idi, lakin bu təşkilat onu daşıya bilməyib. Bu daşıma İran tərəfindən həyata keçirilib”, - A.Sarkisyan bildirib.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Dünya