Bloqer Aleksanyan: Revanşistlər Azərbaycan haqqında böhtanlar yayırlar

post-img

“Mən Ermənistanın media sahəsində yeni, təhlükəli tendensiya müşahidə edirəm və bu barədə danışmaq istəyirəm. Müxalifət kanalları Qarabağ ermənilərinin köçürülmədən əvvəl və ya köçürülmə zamanı azərbaycanlılar tərəfindən çoxsaylı işgəncələrə məruz qaldıqlarını bildirən materiallar yayırlar”.

Bu barədə bloqer Natali Aleksanyan öz Facebook səhifəsində yazıb.

“Mənim çıxışımın bu insanlara aidiyyatı yoxdur, onlara deməyə sözüm yoxdur, çünki bilirəm ki, Qarabağ ermənilərinin hələ də həll olunmamış problemləri çoxdur. Amma mənim çıxışım bu həll olunmamış problemlərin həlli müqabilində insanları işgəncələrlə bağlı yalan ifadələr verməyə məcbur edən erməni mediasının özlərinə aiddir.

Bu ifadələr aşağıdakı səbəblərə görə yalandır. Mən bir çox Qarabağ erməniləri ilə ünsiyyətdə olmuşam və onların heç biri hətta azərbaycanlıların onlara qarşı pis münasibətinə eyham vurmayıb. Mən Azərbaycan KİV-lərinin azərbaycanlıların gedən ermənilərə çörək və su payladığı və onlarla dostcasına ünsiyyət qurduğu kadrları nəzərdə tutmuram. Xeyr, mən öz şəxsi təcrübəmə istinad edirəm, çünki əminəm ki, əgər mənimlə söhbət edən Qarabağ ermənilərinə həqiqətən işgəncə verilsəydi, söhbətimizin birinci mövzusu məhz bu işgəncələrdən ibarət olardı. 

Bundan əlavə, sadə bir sual verirəm: bu adamların Ermənistan torpağına ayaq basdığı ​​anda işgəncədən danışmağa nə mane oldu? Niyə bir ay sonra işgəncədən danışmağa başladılar? Qarabağlılar həqiqəti söyləməkdən qorxurdularmı? Əlbəttə yox.

Beləliklə, mən əminəm ki, baş verənlər Ermənistanın dövlətçiliyinə qarşı təxribatdır. Revanşist qüvvələr əbədi müharibədən ümidini kəsmir və bu cür ucuz dezinformasiyalar yaymaqla ölkə daxilində azərbaycanlılarla sülhün əleyhinə olacaq ictimai əhval-ruhiyyə yaratmağa çalışırlar. Dövlət aparatının tam səmərəsizliyi şəraitində müharibə qüvvələri talan və alçaldılmış Qarabağ ermənilərindən alət kimi istifadə edərək yenidən nifrət yaradırlar.

Bütün bunlarla mən təəccüblənirəm və dəhşətə gəlirəm ki, bunu müxalifət meydanına aid qüvvələr edir. Onlar nə edəcəklər və hökumət nə edəcək? Burada yeni müharibə və itkilər təhlükəsi yoxdur?”, – deyə Natali Aleksanyan yazır.

XQ

Siyasət