Su axar – çuxuru tapar

post-img

Manyak prokurorun erməni “sevdası” 

Luis Moreno Okampo. Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru, 72 yaşlı argentinalı indi daha çox korrupsioner vəkil kimi “məşhurlaşıb”. İndi Bakıda həbsxanada müstəntiqə ifadə verən separatçıbaşı Araik Arutyunyan 2023-cü il iyulun 29-da “ekspert rəyi” üçün keçmiş prokurora müraciət edib. Doqquz ildə BCM-in cəmi bir işini araşdıran Okampo 9 gündə Qarabağdakı vəziyyəti nizama salmağı “bacarıb”. Amma o, etnik ermənilərin əllərində bayraq edəcəkləri bu saxta tarixi hesabatı belə qısa müddətdə, həm də təkbaşına ərsəyə gətirə bilməzdi. Bu işdə ona həmkarı, özü kimi rüşvətxor hakim, erməni əsilli Qassiya Apkaryan kömək edir. ABŞ-ın Kaliforniya ştatının Orinc dairəsinin Ali Məhkəməsinin hakimi vəzifəsində çalışan Apkaryan bu barədə özü erməni internet telekanalı CivilNet-ə hər şeyi yerli-yataqlı danışıb. 

* * * 

Necə deyərlər, açıb sandığı, töküb pambığı. Femida təmsilçisinin saxta rə­yin hazırlanması prosesində Okampo ilə dialoqundan danışdığı seçməyə diqqət yetirək: “Soyqırımı heç də küçələrdə mil­yonlarla insanın meyitinin səpələnməsi demək deyil. Bu, mütəmadi şəkildə da­vam etdirilən “soyqırımıdır” və bu barədə hüquqi rəy tərtib olundu. Cənab Moreno, həm də, Qarabağ ermənilərinin gələcək­də təhlükəsizliyini təmin etmək barədə düşünürdü. Yadımdadır, söhbət əsna­sında ona dedim: “Bilirsiniz, mənim üçün ən dəhşətli nədir? Mənim özümün də bu məsələyə aidiyyatım var. Mən yüz il əv­vəl “soyqırımına” məruz qalmış adamla­rın sələfiyəm. Bu sözü yenidən dilimizə gətirəcəyimizi heç vaxt düşünməzdim”.

Erməni hakimin etirafının həqiqətə nə dərəcədə yaxın olduğunu deyə bil­mərik, amma həmin “fundamental əsəri” Okamponun məhz onun birbaşa diktəsi ilə qələmə aldığı aşkar görünür. Cəmi on iki saata yazılan, Azərbaycanın Qa­rabağda “cinayətkar niyyətini isbatlayan”, ermənilərə qarşı “soyqırım niyyətini ifşa edən” və keçmiş baş prokurorun altın­dan imzasını qoyduğu hesabat dərhal ictimailəşdirlib. ABŞ-dakı erməni lobbisi beynəlxlaq hüquq üzrə “tanınmış eks­pertin” rəy-hesabatının avqust ayında Nümayəndələr Palatasında, eləcə də Se­natda müzakirə mövzusuna çevrilməsinə nail olurlar. 

Üstündən az müddət keçəndən son­ra beynəlxalq sahədə tanınmış ekspert, nüfuzlu hüquqşünas, “Temple Garden Chambers” firmasının müvəkkili Rodni Dikson Okamponun məlum rəy-hesa­batının başdan-ayağa yalandan, saxta mülahizələrdən ibarət, sənəd-sübutdan məhrum bir kağız parçası olduğunu orta­ya qoyur. Cənab Dikson yazır: “Hesabat sadəcə açıq-aşkar qərəzli mahiyyəti ilə seçilmir, həm də “soyqırımı” anlayışını şərh etməkdə tamamilə səriştəsizdir və “faktlara” münasibətdə “açıq selektiv” ya­naşma nümayiş etdirir”. 

Fəqət ermənilər bundan sonra da həmin “soyqırımı hesabatı”nı əllərində dünyanı dolaşmaqda davam edirlər. Bakı məlum lokal antiterror tədbiri ilə Qara­bağda “blokada”, “humanitar fəlakət”, “acından ölmə” hay-küyünə son qoyan­dan sonra da hayların təbliğat maşını dezinformasiya, manipulyasiya cəhdlə­rindən əl çəkmək istəmir.

* * * 

İndi isə keçək məsələnin ən maraqlı tərəfinə. Aydın məsələdir ki, Luis More­no Okampo göstərdiyi “xidmətə” görə ermənilər tərəfindən səxavətlə müka­fatlandırılıb. Bu, onun BCM-in keçmiş baş prokuroru kimi birinci və axırıncı “hüquqşünas-ekspert” fəaliyyəti deyil. Bu barədə CNN telekanalına müsahibə­sində danışan Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası­nın Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Okamponun bu raportunun erməni lobbiçilərin pulu ilə hazırlamasını sübut edən faktların oldu­ğunu söyləyib: “Luis Moreno Okamponun hesabatını ciddi qəbul etmək çətindir. O, barəsində mühüm ittihamlar irəli sürülən korrupsioner vəkildir”. 

H.Hacıyev keçmiş prokurorun hüquq­şünas olmasına baxmayaraq “soyqırımı” anlayışından sui-istifadəyə yol verdiyini, bəzi beynəlxalq media resurslarının isə bu anlayışdan düzgün istifadə etmədi­yinə də diqqəti yönəldib. Azərbaycan əleyhinə qərəzli hesabatın müəllifi, Bey­nəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru, hüquqşünas Okamponun dəfələrlə qalmaqalların mərkəzində oldu­ğunu və onun manipulyasiya və hüquq normalarını pozmaqda şübhəli bilindiyini də yada salıb. Onun sözlərinə görə, bu hesabat qərəzlidir, real vəziyyəti təhrif edir və özündə ciddi faktiki, hüquqi səhv­ləri əks etdirir.

“Forbes”, “Washington Post”, “CNN” və “ABC News” kimi nüfuzlu media orqan­ları Luis Moreno Okamponu dəfələrlə tənqid edib. 2008-ci ilin sentyabrında Bö­yük Britaniyanın “The Telegraph” qəze­tində dərc olunan məqalədə Okamponun Cənubi Afrikaya səfəri zamanı yerli jur­nalisti cinsi əlaqəyə məcbur etdiyi barə­də danışılır: “Prokuror həmin jurnalistin avtomobilinin açarlarını götürür və yalnız cinsi əlaqəyə girməyə razılıq aldıqdan sonra açarı qaytarır”, – məlumatda bil­dirilir. Okampoya qarşı ifşaeidici ifadəni onun həmkarı, BCM Prokurorluğunun mətbuat katibi Cristan Palme verib. Məhz bu qalmaqaldan sonra Okampo onu iş­dən çıxarıb. “The Telegraph” bu barədə yazırdı: “Bu qanunsuzluq beynəlxalq məhkəmənin nüfuzuna və mövqeyinə ciddi zərbə vurdu”. 

Əslində, bu biabırçı əməlinə görə manyak prokuror Okampo cinayət məsu­liyyətinə cəlb edilməli idi. Bizim üçün bu olayın özəlliyi ondan ibarətdir ki, Qərbin zəngin erməniləri böhtan və yalandan yoğrulmuş təbliğat kampaniyalarını məhz Okampo kimi pulgir, məsləksiz və əxlaq­sız “ekspertlərlə” aparmağa üstünlük ve­rirlər. Bu isə hayların öz xislətləri ilə tam üst-üstə düşdüyündən qətiyyən təəccüb doğurmamalıdır. 

İmran BƏDİRXANLI
XQ

Siyasət