Ermənistanın Azərbaycana qarşı terrorizminin tarixi təcrübəsi genişdir – EKSPERT RƏYİ

post-img

Xəbər verdiyimiz kimi, Qarabağda “antiterror tədbirləri”ndən sonra silahı yerə qoyan Ermənistan silahlı qüvvələri, eləcə də bəzi revanşist qüvvələr bölgədə yeni təxribatlara və hücum cəhdlərinə əl atmaqdadır. Artıq erməni terror təşkilatı VOMA Qarabağda silahlı partizan mübarizəsinə başlayacaqlarını açıqlayıb.

Politoloq Yeganə Hacıyeva XQ-yə açıqlamasında bildirdi ki, VOMA terror təşkilatının Qarabağda silahlı partizan mübarizəsinə başlayacağı barədə mesajı legitim addımlara qarşı qeyri-qanuni hərəkətdir: “Ermənistanın Azərbaycana qarşı terrorizminin tarixi təcrübəsi genişdir. Bu çirkin kampaniyalarla özünü güclü və haqlı çıxarmağa çalışan İrəvan əslində ifşa edilmiş olur. Ermənistanın terror cinayətləri təkcə Azərbaycanla da bağlı deyil, qlobaldır. Ermənilərin yaratdıqları müxtəlif terror qruplarına qarşı dünyanın müxtəlif yerlərində antiterror tədbirləri görülüb və görülməkdədir. Ermənistan fərqində deyil ki, dünya dəyişib, keçən əsrin 50-60-cı illərindəki üsullar artıq işləmir. 

Qeyd edək ki, İtaliya və Fransanın “Gucci” moda brendinin reklam simalarından olan erməni model Armine Arutyunyan terror təşkilatı VOMA sıralarına qoşulub və əlində tapança ilə atışma məşqi zamanı görüntülənib.

VOMA-nı erməni əsilli Rusiya vətəndaşı Vladimir Vartanov idarə edir. Onlar PKK və YPG ilə birlikdə hərəkət edəcəklərini bildiriblər.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət