Humanitar böhran varsa, nə üçün göndərilən yardımları qəbul etmirlər?

post-img

Vahe Davtyan: “Artsax”da humanitar böhran olduğunu qabartmaq strateji və taktiki cəhətdən olduqca təhlükəlidir 

Əvvəlcə konkret, açıq və hamının başa düşəcəyi tərzdə olan bir sual verək: Əgər Xankəndidə bircə ailə aclıqdan əziyyət çəkirsə, onda nə üçün Bakıdan göndərilən 40 ton unu doqquz gündür ki, qəbul etmir­lər? Azərbaycandan göndərilən yardımı qəbul etməmək üçün han­sısa bəhanələri varsa, onda İrəvandan gələn yardımı qəbul etsinlər. İrəvandan gələn yardımı Ağdamdan deyil, bilavasitə Laçından qəbul etmək istəyirlərsə, qoy olsun, onda “bacı”larının Parisdən göndərdi­yi yardımı Ağdam yolu ilə qəbul edəydilər. 

Etmədilər. Çünki ərzaq proble­mi yoxdur, ac qalan yoxdur. Sadə­cə, gorbagor olmuş “müstəqilliklə­rinin”, status xülyasının, “miatsum” cəfəngiyyatının cəhənnəmə gön­dərilməsinin acısına dözə bilmir, minbir rəzalətlə dünyanın diqqətini cəlb etməyə çalışırlar. Dünya isə onlara deyə biləcəyini otuz il əvvəl demişdi: “Qorxmayın, irəli gedin!” Qorxmadılar, irəli getdilər. Ölkə­mizin ərazisinin 20 faizini viranəyə çevirdilər və otuz ildən sonra bu­runları elə əzildi ki, hələ otuz il həmin yaraların sağaldılmasına çalışacaqlar. 

Tarixi yalan üzərində yazılmış, “salnamələri” uydurma və absurd “fakt”larla “zənginləşdirilmiş”, Cə­nubi Qafqazdakı mövcudluqları və “dövlət” qurmaqları himayədarları­nın məkrli planları əsasında real­laşdırılmış ermənilər artıq ədalət və obyektivlik hisslərini tamamilə itiriblər. Onlar üçün belə məfhum­lar qəbuledilməzdir. Bu qövm üçün yalandan, iftiradan, riyakar­lıqdan və məkrli planlardan başqa heç bir ədalət yoxdur. 

Çox təəssüf ki, bütün bu rə­zilliklərini dünya ictimaiyyətinin gözünə soxmağı bacarıblar. Bu ənənəni hələ ötən əsrin əvvəllə­rində Vaşinqtonda yaşamış bir er­məninin öz soydaşları ilə görüşdə dediyi “Pul xərclə, söz deyə bilən adamları öz yanına çək!”– çağırışı daha da uzunömürlü edir. 

Son günlər isə hayların baş­bilənləri humanitar böhranla hu­manitar şounu qarışıq salırlar. Elə bilirlər ki, son iki əsrdə olduğu kimi, indi də yalanları ayaq tutub yeriyə­cək. Bəlkə də yeriyərdi, amma, Azərbaycan və Türkiyə artıq köhnə Azərbaycan və Türkiyə deyil. 

Söhbət ondan gedir ki, siyasət­də, diplomatiyada və ictimai həyat­dakı yalan-palanlarını indi çörək talonları ilə davam etdirən separat­şı “dövlət”in başçıları artıq insanla­rın həyatına, məişətinə, dolanışığı­na da həmin iyrənclikləri sırıyırlar. Kütləvi informasiya vasitələri ya­zırlar ki, Xankəndi rəhbərləri yenə də ənənəvi “məzlum erməni” ob­razını dünyanın aparıcı siyasi da­irələrinin diqqətinə çatdırmaq üçün sentyabrın 5-dən etibarən çörəyin talonla satılması barədə qərar qə­bul edib. Guya ayın 4-dən talon­ların paylanılmasına başlanılıb və bu gündən hər talona görə hərəyə 200 qram çörək satılacaq. Bunun şərəfsizlikdən başqa adı yoxdur. 

Özünü prezident, nazir, depu­tat adlandıran bədbəxtlər unudur­lar ki, həm İkinci Dünya müharibə­si illərində, həm də SSRİ-nin son illərində, aylarında ərzaq məh­sullarının talonla satılmasına ona görə ehtiyac var idi ki, ətrafdakı ölkələr Moskva ilə münasibətlə­ri nəzərə alaraq, bu ölkəyə yar­dım göstərməkdən vaz keçirdilər. “Xankəndi böhranı”nda isə aclıq çəkənlərə bəlkə də yüz tonlarla yardım gətirmiş müasir nəqliyyat vasitələri 100-150 metr aralıda gözləyir. Ona görə də bu şounun baş tutacağına ümid bəsləməsin­lər. Onu da unutmasınlar ki, talon­la ərzaq satılması məsələsi SSRİ kimi nəhəng dövlətin sonunu gə­tirmişdi. Bu hoqqanın sizin də so­nunuzu gətirəcəyi hamıya gün kimi aydındır. 

Yeri gəlmişkən, “NEWS.am” xəbər portalı yazır ki, Xankəndi rəhbərlərinin bu şousu Ermənista­nın özündə də birmənalı qarşılan­mır. Belə ki, siyasi elmlər doktoru Vahe Davtyan özünün “Facebook” səhifəsində yazır ki, Artsaxın prob­lemlərinin humanitar böhran adıyla qabardılması doğru deyil və stra­teji və taktiki baxımdan son dərə­cə təhlükəlidir. Davtyanın fikrincə, bu gün dünyada mövcud olan humanitar böhranların yanında Xankəndi böhranı olduqca kiçikdir: “Məsələn, bu gün Afrikanın Mali ölkəsində 5 milyona yaxın uşağın humanitar yardıma ehtiyacı var. BMT-nin Uşaq Fondunun məlu­matında deyilir ki, ilin sonunadək həmin uşaqların 200 min nəfəri aclıqdan öləcək. Həmin böhran­la “Artsax”ın böhranını müqayisə edəndə biz olduqca mürəkkəb və­ziyyətin şahidinə çevrilirik”.

Yəni erməni alim Xankəndi rəh­bərlərinə deyir ki, ağlınızı başınıza yığın. Ağıl demişkən, Paşinyan iq­tidarına müxalif mövqedə dayanan partiya rəhbərlərindən biri yazır ki, İlham Əliyev bütün dünyanın diqqətini Qarabağa yönəldəndə bizim rəhbərlər dünyanın var-döv­lətini toplamaq barədə düşünür­dülər: “İndi ağıllı olan kimdir? Bi­zim rəhbərlərdən hansınınsa ağlı olsaydı, erməni xalqı belə biabırçı məğlubiyyətlə üzləşməzdi”. 

Nə isə qoy talon paylasın­lar, hər adama 200 qramdan çox çörək verməsinlər. Bəlkə belə olsa, qalib ölkənin şərtləri ilə razılaşar və sülh danışıqlarına başlayarlar. 

İttifaq MİRZƏBƏYLİ, XQ

Siyasət