Hərbi qulluqçulara orden və medallar təqdim olunub

post-img

Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması, dövlət sərhədlərinin mühafizəsi və müdafiəsi zamanı xüsusilə fərqləndiklərinə görə və Azərbaycan Sərhəd Mühafizəsinin 104-cü ildönümü münasibətilə Prezident, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif olunmuş hərbi qulluqçulara orden və medallar qurumun rəisi general-polkovnik Elçin Quliyev tərəfindən təqdim edilib.

Bu münasibətlə təşkil olunmuş təntənəli məra­simlərdə Azərbaycan sər­hədçilərinin istənilən döyüş tapşırığını bundan sonra da şərəflə yerinə yetirəcək­lərinə, müqəddəs torpaq­larımızın müdafiəsini və mühafizəsini böyük əzm və fədakarlıqla təmin edə­cəklərinə, Prezident, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin əmrlərini ən yüksək səviyyə­də icra edəcəklərinə əminlik ifadə olunub.

XQ

Son xəbərlər