Xanlar Vəliyev Naxçıvanda hərbçilərlə görüşdü

post-img

Baş prokurorun müavini-Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev, müdafiə nazirinin müavini general-polkovnik Kərəm Mustafayev, eləcə də Hərbi Prokurorluğun və Müdafiə Nazirliyinin səlahiyyətli şəxsləri Naxçıvanda yerləşən hərbi hissələrdə qulluqçularla görüşüblər.

Hərbi Prokurorluğun Mətbuat xidmətindən XQ-yə bildirilib ki, Hərbi prokuror Xanlar Vəliyev 2023-cü ilin “Heydər Əliyev İli” olduğunu vurğulayaraq, nəhəng şəxsiyyətin dünya tarixin­dəki rolundan, eləcə də milləti və Vətəni qarşısındakı müstəs­na xidmətlərindən bəhs edib.

Ardınca hüquqi maarifləndirici mövzularda çıxışlar olu­nub, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb, üzərilərinə düşən vəzifələri nümunəvi icra etməklə xidmətdə fərqlənənlərə qiymətli hədiyyələr təqdim edilib.

XQ

Son xəbərlər