İƏT-in nümayəndə heyəti Gəncədə

post-img

Ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədri Muhammad Laval Sulaimanın rəhbərlik etdiyi nümayəndə heyəti növbəti birgə faktaraşdırıcı missiyanı 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumlarına məruz qalmış Gəncə şəhərində həyata keçirib.

Nümayəndə heyətinin üzvləri müharibə dövrün­də beynəlxalq humanitar hüququn qaydalarına zidd olaraq yaşayış məntəqələ­rinin atəşə tutulması faktları ilə yerində tanış olublar.

Nümayəndə heyətinin üzvləri Ermənistan silahlı qüvvələrinin raket hücum­ları nəticəsində zərərçək­miş sakinlərlə görüşüblər. Qonaqlara İkinci Qarabağ müharibəsi zamanı Ermə­nistan tərəfindən qadağan olunmuş silahlardan istifadə etməklə mülki əhaliyə qarşı törədilmiş, çoxsaylı insan it­kisi və ciddi dağıntılarla nə­ticələnən müharibə cinayət­ləri barədə məlumat verilib.

İslam Əməkdaşlıq Təş­kilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədri Muhammad Laval Su­laiman Deyib: 

– Biz Gəncəyə edilən amansız raket hücumunun fəsadlarının şahidi olduq. Bu dağıntıların bir sübut kimi saxlanılmasını məs­ləhət görürəm. Biz bu raket hücumları nəticəsində həlak olmuş insanlara Allahdan rəhmət diləyirik. Bu, bəşə­riyyətə qarşı törədilmiş ci­nayətdir. 

Daha sonra qonaqlar Er­mənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində zərər dəymiş “İmamzadə” ziyarətgah kompleksində monitorinq aparıblar.

XQ

Son xəbərlər