BBC-nin erməni separatizminə xidmət “tərəfsizliyi”

post-img

Media qurumunun tutduğu yol jurnalistika prinsiplərinə aşkar həqarətdir

BBC erməni separatçılarının təbliğinə son qoymalıdır. Bu fikir Azərbaycan Mətbuat Şurasının bəyanatında yer alıb. Bəyanatda bir çox məqamlar var ki, onlardan söz açacağıq. Hələlik isə dünyada məşhur olan media qurumunun “fəaliyyəti” barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin söylədiklərinə, daha doğrusu, sosial şəbəkə hesabında bölüşdüklərinə diqqət yetirək.

Cənab Hacıyev, faktiki olaraq, bildi­rir ki, BBC özünün bəyan etdiyi qərəz­sizlik şüarına dönükdür. Məsələyə mövcud prizmadan baxdıqda, media orqanının erməni separatizminin təbli­ğinə yönələn dəst-xətti, əslində bəşəri dəyərlərə və həmin dəyərlərdən irəli gələn beynəlxalq hüquq normalarına aşkar sayğısızlıqdır. Amma demək olar­mı ki, bu, BBC-nin fəaliyyətində bir ilk­dir. Təəssüf ki, media qurumunun, yum­şaq desək, yanlışlıqlarının sayı-hesabı yoxdur. Dünyanın diqqət mərkəzinin Azərbaycan–Ermənistan münasibətlə­rinin axarında, Cənubi Qafqazda sülhün qərarlaşmasında olduğu bir vaxtda, yol verdiyi böyük “yanlışlıq” üzərində daya­naraq deyə bilərik ki, BBC-nin tərəfsiz davranması heç lazım da deyil. BBC özünün, onsuz da əməl etmədiyi, etik kodeksində yer alan gözəl ifadələri bir kənara qoyub, konkret tərəf tutmalıdır – ya haqqın və ədalətin yanında olmaq, ya da nahaqqın və ədalətsizliyin...

Bəli, belə görünür, BBC üçün ədalətlidavranmaq, haqq yolunu tutmaq çox çə­tindir. Dünya ermənipərəstliyin əsiri oldu­ğu kimi, bu media qurumu da “ənənəvi trenddən” kənarda qalmağı bacarmır. Hikmət müəllimin təbirincə desək, repu­tasiyasını, dəyərlərini və tamaşaçı etiba­rını erməni avantürizminə qurban verir. Görəsən, belə davranmağa dəyərmi? Su­alımız ritorikdir. Əlbəttə, dəyməz. 

Dediyimiz kimi, BBC-nin riayət etmə­diyi jurnalistika prinsiplərini bir kənara qoyuruq. Bəs, görəsən, bir qayda olaraq, Britaniya dövlətçiliyinin maraqlarından çıxış edən nəhəng media sindikatı necə olur ki, cılız erməni maraqlarının girovuna çevrilir? Bu sual da ritorikdir. 

H.Hacıyevin bildirdiyi kimi, BBC həs­sas mövzularda etibarlı platforma rolunu oynamalıdır. Ümid edək ki, Prezidentin köməkçisinin söylədiyi nə vaxtsa reallığa çevriləcəkdir. İndilik bundan əsər-əlamət yoxdur. Suallar isə həddən artıq çoxdur və onların hamısının üzərində dayanma­dan Mətbuat Şurasının etiraz bəyanatına keçid alaq. 

***

Bəli, sənəddə bildirilir ki, BBC-nin yolverilməz fəaliyyəti dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə təh­didi adiləşdirir, normaya çevirir, dünyanın müxtəlif bölgələri üçün də son dərəcə təhlükəli presedent yaradır. Bu, sülhə və əminamanlığa, asayişə və firavanlığa yad təmayüldür: “Dünyada məşhur, jurnalist etikası sahəsində örnək sayılan media qurumunun avantürist siyasətin alətinə çevrilməsi böyük təəssüf hissi doğurur”.

Bəli, BBC-nin tutduğu yol separatçılıq üçün leqallıq libası biçməkdən başqa bir şey deyil. Heç şübhəsiz, bu libas erməni avantürizmi üçün ayrıca illüziya mənbəyi­dir. Media qurumunun məqsədi, ümumən Ermənistadakı illüziya bataqlığını dərin­ləşdirməkdirsə, o zaman buyurub yara­maz dəst-xəttini davam etdirə bilər, bu, öz yerində. 

***

Amma bir məqam var. BBC bir müddət əvvəl Qarabağdakı sepa­ratçılığın Rusiyanın bəzi dairələrinin əli ilə “hərəkətə gətirilən” cinahını təsmil edən Ruben Vardanyanı efirinə çağırmışdı. Daha doğrusu, Ruben telekanalın “Hard talk” verilişinə onlayn qoşulmuş və biabır olmuşdu. O zaman aparıcı, kifayət qədər, açıq mətnlə Vardanyanın bölgədə sepa­ratçı fəaliyyət göstərdiyini nəinki onun üzünə vurmuş, sözün əsl mənasında çırpmışdı. Telekanalın efirinə çıxan sepa­ratçı gülünc duruma düşmüşdü. 

Aydın görünürdü ki, BBC həmin vaxt Rubeni həm də Rusiyanın adamı olduğu üçün, belə demək mümkünsə, çarmıxa çəkirdi. O zaman sual yaranır: indi BBC bilmir ki, tutduğu mövqe, eyni zamanda, Vardanyanın və onun Şimaldakı ağa­larının xeyrinədir? Yəni, Qərb Cənubi Qafqaz müstəvisində o qədərmi güclüdür ki, BBC yaratdığı görüntünün riskini dü­şünmür? Bəs, Azərbaycanın güc balan­sındakı mövqeyini də bilmir?..

Yenə də hesab edək ki, BBC-nin ay­rı-ayrı sənədlərində jurnalistika prinsiplə­rinə dair yazılmış fikirlər yalnız gəlişigözəl ifadələrdir, ümumən həmin sənədlər tu­alet kağızından başqa bir şey deyil, bəs bu qeyd etdiyimiz? Doğrudanmı, media qurumunun bacarıq və səriştəsi imkan vermir ki, Qarabağdakı etnik separatiz­min haradan qaynaqlandığına diqqət ye­tirsin? Oradakılar heçmi düşünmürlər ki, yaratdıqları sentimental görüntülər nəyə xidmətdir? 

Sentimentallıqdan söz düşmüşkən, Mətbuat Şurasının bəyanatında da bu barədə söz açılır: “BBC telekanalının Azərbaycanla Ermənistan arasında sülh prosesinə, Qarabağ erməniləri üçün ər­zaq göndərməsi ilə bağlı məsələlərə birtərəfli və əsl həqiqəti təhrif edən müna­sibəti yolverilməzdir. Bu yanaşma xalqı­mızın iradəsinə və mövqeyinə kökündən ziddir. Qətiyyətlə bildiririk ki, BBC-nin Qarabağdakı separatçı qüvvələrin təm­silçilərinə efir şansı tanıması, mövcud xüsusda reallığa zidd olan saxta senti­mentallıq səhnələrinə yer ayırması dünya ictimaiyyətini çaşdırmaq və onda yanlış rəy formalaşdırmaq cəhdidir”. 

Həqiqətən, dünyada Azərbaycan həqiqətləri, Qarabağ reallıqları ilə bağlı yanlış rəy yaratmaq istəyən media qu­rumları var. Onların erməni lobbi və di­aspor təşkilatlarının maliyyə yardımı ilə hərəkətə gəldikləri məlumdur. Eyni fikri BBC haqqında demək ağla batmır. Elə isə onun məqsədi nədir? Nəticəyə gəlirik ki, media prinsipləri quruma yol tapmış ayrı-ayrı şarlatanların korporativ maraqla­rından üstündür? Axı Qarabağdakı sepa­ratçılardan qalma tör-töküntülərə tribuna vermək, onların söylədiklərini böyük can­fəşanlıqla yayımlamaq, nəticə etibarilə qeyri-obyektiv davranaraq, əsl həqiqətləri arxa plana keçirmək normal məntiqə sığ­mır. 

***

Mətbuat Şurası da bəyanatın­da nəticəyə gəlir. Ya BBC üzr istəyərək ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmağı öyrən­məli, səmimi niyyətini əməli fəaliyyəti ilə sübuta yetirməyi bacarmalı, ya da onun Azərbaycan xidmətinin fəaliyyəti dayan­dırılmalı və akkreditasiyası ləğv olunma­lıdır.

Hesab edirik ki, nəinki BBC-yə, ümumən Azərbaycan xalqının ali maraq və mənafelərinə ziddi mövqe qoyan xarici media orqanlarının hər birinə münasibət­də sərt mövqe tutmağın zamanıdır. On­ların yayımının dayandırılmasına da ge­dilməsi şərtdir. Bu addım, heç bir halda, media fəaliyyətinin məhdudlaşdırılması sayıla bilməz. Bir halda ki, media bəşəri dəyər və prinsiplərdən uzaq dayanır, ter­rorçuluğu və separatçılığı dəstəkləyir, bu əməlləri törədənlərin mənafeyinə xidmət edən materiallar yayımlayır, BBC olmur, lap hansı olursa-olsun, onun jurnalistika adına iddia etməsi ədalətsizlikdir. 

R.ƏVƏZ, XQ



Siyasət