Ermənistan dövləti: nə üçün yarandı və nə səbəbdən yox ola bilər?

post-img

Əvəz RÜSTƏMOV
[email protected]

 

Yaxud “hay cəmiyyəti”nin düşüncə sistemindəki çatlara baxış 

Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan maraqlı açıqlama vermişdi. O bildirmişdi ki, ölkəsinə kadastr şəhadətnaməsi almaq istəyir. Hət­ta, məsələni gələcək nəsillər üçün dövlət mirası şəklində izah etmişdi. Bu, nə demək idi? Əslində, Paşinyan bildirirdi ki, onun ölkəsinə aid heç nə yoxdur. Əlbəttə, baş nazirin belə bir fikir söyləməsi Ermənistanda geniş ajiotaj doğur­muşdu. O qədər böyük səs-küy qalxmışdı ki, həmin dalğanın fonunda heç kəs Nikolun söylədiklərinin reallıq olduğunun fərqinə varmamışdı. 

***

Görəsən, Ermənistanın özünün­kü olan nəyi var? Heç nəyi. Ümumən, ölkənin heç nəyi olmadığından, bun­dan irəli gələn düşüncə tərzi də er­məni varlığının alt şüuruna yol tapıb. Həqiqətən, yalnız özünə məxsus heç nəyi olmayan qövm yırtıcı kimi ətrafa hücum çəkməyə, nə isə qoparmağa, özününküləşdirməyə çalışar. Ermənilər də Qafqazın yırtıcılarıdır. Baxın, onla­rın ölkələrinin konstitisiyasında qonşu­lara qarşı ərazi iddiası yer alır. Dünya­da ikinci belə bir dövlət varmı? Yox! 

Əlbəttə, regionumuzda nəhəng im­periyalar olub. Bu gün həmin imperiya­ların varisləri qonşularına münasibətdə yaramaz mövqe tuturlarmı? Xeyr. Ən azından Ermənistan qədər iddialı deyil­lər. Çünki tarixdə yaşanmışların tarixdə qaldığı reallığı ilə qəbullanır, gələcəyə baxırlar. Ermənilər isə iddilar irəli sür­məkdə pərgardırlar. Axı, dövlətçilik gör­məyiblər. Axı, özlərində nə isə olmayıb. Onlar üçün özününkülük hissi yaddır. Ona görə itirməyə heç nələri yoxmuş kimi davranırlar. Elə dövlətçiliyi itirmək də ermənilərə diskomfort hissi yaşat­mır. Loru dildə deyək, sənin olmayanı itirməkdən niyə qorxasan ki?

***

O zaman, gəlin görək, Ermənistan adlı dövlətin mövcudluğunu zəruriləş­dirən hansı amillər olub? Uydurduqları və artıq gülüş predmetinə çevrilmiş rə­vayət və hekayələrmi?! Erməni ictimai şüurunun, belə demək mümkünsə, dər­ki platforması kilsədir. Onun yanaşma tərzi isə fundamentallıqdan uzaqdır. Tutalım, erməni kilsəsini dövlətçiliyin ideoloji məktəbi rolunda təsəvvürə gə­tirək. Görürük ki, təlqin etdiyi fəlsəfilik­dən, yəni gerçək dövlətçilik ruhundan uzaq şeylərdir – nifrət, qəzəb, quldur­luq, soyğunçuluq, qətllər və sair... Yəni, fəlsəfi əsasda üstünlük qazandıran dövlətçilik ruhu tipik erməni anlayışın­dan uzaq məsələdir.

Əslində ermənilərə ideya-fəlsə­fi çıxış nöqtəsi heç lazım da olmayıb. Oğurluqlar, quldurluqlar, qətllər ger­çəkləşdirmək üçün nə fəlsəfə? Digər tərəfdən, erməni qövmünün dövlətçilik ruhuna sahiblənməməsinin bir səbəbi də millətin daxili dünyagörüşüdür. Er­mənilər hər zaman çalışıblar ki, kimlər­sə onlar üçün nə isə etsinlər? Bu gün də eyni xarakterdədirlər. Onu da deyək ki, elə həmin o kimsələr erməniləri çox asanlıqla oyunlarına daxil edə biliblər. Baxın, erməni varlığının son iki yüz ilə yaxın müddətdəki fəaliyyəti kimlərinsə onlar üçün nəyisə etməsinin doğurduğu mənzərələr toplusudur. Daha doğrusu, söhbət kimlərinsə onlardan istifadəsinə dair “nümunələrdən” gedir. Maraqlıdır, əslində, faciəvi haldır ki, ermənilər hə­min “nümunələri” də tarix kimi qələmə verirlər... 

***

1830-cu ildə Cənubi Qafqaza “is­tifadə olunmaq” üçün köçürüldülər. Köçürüldülər ki, türk dünyası arasında xristian bufer zonası yaransın. “Plan” Qərbdə işlənilmişdi. Məqsəd Osman­lı dövlətini zəiflətmək, onun açılım nöqtələrinin qarşısını kəsmək idi. Bu, Rusiyaya da sərf edirdi, fars şoviniz­minə də. Və “plan” kifayət qədər yaxşı işlədi. O qədər yaxşı işlədi ki, erməni qövmü 1918-ci ildə dövlət qazandı. Azərbaycanın əzəli və əbədi torpaqları, qədim türk yurdları hesabına formalaş­mış bir dövlət. 

...Özünə aid olmayana sahiblən­mək iddiasını içində daşıyan erməni qövmü əldə olunmuşlarla kifayətlən­mədi, yeni torpaqlar ələ keçirməyə qalxdı. Elə o zamandan XX əsrdə Azər­baycanla münaqişəsinin, belə demək mümkünsə, yeni “əsasları” meydana çıxdı. Bu münaqişə SSRİ-nin yarandığı ilk illərdə daha bir ulu türk yurdunun– Zəngəzurun Ermənistana güzəştə ge­dilməsi ilə “ahəngdarlıq” qazandı. Növ­bədə isə Qarabağ idi.

Nəhayət, XX əsrin sonlarına doğru sabiq SSRİ-nin süqutu yeni reallıqlar doğurduğu kimi, ermənilərin Qarabağ avantürasına da məxsusi “çalarlar” qa­zandırdı. Həmin “çalarlara” görədir ki, Azərbaycan xalqı otuz ilə qədər davam etmiş işğalla üzləşdi. İşğal Türk dünya­sı qarşısındakı bütövləşmə maneələrini dərinləşdirdi. Deməli, haqqında söz aç­dığımız “plan” daha “məhsuldar” oldu. 

***

Zaman ötdü. Azərbaycan gücləndi. Bu güclənmə, bütövlükdə, Türk dün­yasının təşəkkülü müstəvisində getdi. Diqqət yetirək, ölkəmizin möhtəşəm zəfəri ilə başa çatmış 44 günlük müha­ribədən sonra sözügedən trayektoriya fərqli şəkil aldı. Bu şəkillənmənin adı Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi, mahiyyətcə vaxtilə türk dünyasının bü­tövləşməsinə qarşı çıxarılmış “erməni pazının” aradan qaldırılmasını diktəyə çevirir. 

Amma bu gün pis-yaxşı Ermənistan dövləti var. Azərbaycan 2020-ci ilin mü­haribəsindən sonra Ermənistanı, fakti­ki olaraq, “pazlıqdan” çıxmağa çağırır. İrəvan bunu anlamır, yaxud anlamaq istəmir. Üstəlik, Bakı İrəvana Zəngə­zur dəhlizində iştirak təklif edir. Yenə də xeyri yoxdur. Deməli, Ermənistan dövlətçiliyi üçün böhran qaçılmazdır. Böhran həm də ona görə qaçılmazdır ki, erməni cəmiyyəti də məsələnin ma­hiyyətini anlamır. Anlamır ki, vaxtilə er­məni dövlətinin varlığını zəruriləşdirən səbəb bu gün yoxdur. 

Erməni cəmiyyəti onu da dərk edə bilmir ki, hazırda türk dünyası qlobal faktordur və Ermənistan onun qar­şısında dayanmaq üçün çox xırda, əzib-keçilməsi asanlıqla mümkün olan maneədir. Erməni cəmiyyəti miflərin, əsatirlərin, rəvayət və hekayələrin tə­sirindən çıxmağı bacarmır. O cəmiy­yət hələ də Tiqran, Njde, Aşot kimi yolkəsənləri, Andranik kimi tayqulaq cəlladları qəhrəman qiyafəsində görür. Bu qövm üçün saxta tarix, sərsəmliyi gələcəyə daşımaq vasitəsi olduğun­dan, vəziyyətlə barışa bilmir. Nəticə eti­barilə Ermənistan cəmiyyəti daxilində baş verənlər aqonik mərhələyə çatır. Şovinist-revanşistlər, sanki içərilərində özlərinin oturduqları qazanın altını qa­lamaqla məşğuldurlar. Halbuki, obrazlı desək, onların həmin qazanın altındakı odunları götürmələri lazımdır. 

***

Bəli, Ermənistan dövləti özünün məhvinə doğru gedir. Ermənilər isə bunu dərk etməyəcək qədər acınacaqlı durumdadırlar, iflic vəziyyətindədirlər. Bugünkü Ermənistan dövlətçilik təfək­kürünün işləmədiyi bir toplumun faciə yaşantısındakı dramatik tamaşanı xa­tırladır. O tamaşanı ki, onun ssenari müəllifi və quruluşçuları ölkədən kənar­dadırlar. Onlar öz qlobal oyunlarını oy­namaqda israrlıdırlar və belələri üçün bu coğrafiyada Ermənistan dövlətinin var olub-olmayacağı heç bir əhəmiyyət daşımır. Erməni cəmiyyətinin isə bu bi­ganəliyə qarşı çıxacaq nə ideoloji sis­temi, nə də həmin sistemə bağlı daxili müqavimət hissi var. Onda olan yalnız budur – sabun köpüyü. 

Əvəz RÜSTƏMOV, XQ

Siyasət