Nümayəndə heyətimiz Çində görüşlər keçirib

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çində səfər çərçivəsində bir sıra görüşlər keçirib.

Mikayıl Cabbarovun Çin Xalq Respublikasının kom­mersiya nazirinin müavini Linq Ci ilə görüşündə Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Çinlə fəal əmək­daşlıq etdiyi, Çinin ölkəmizin əsas ticarət tərəfdaşlarından biri olduğu və iki ölkə arasında ticarət, investisiya və nəqliy­yat-tranzit sahələrində əmək­daşlıq əlaqələrinin durmadan inkişaf etdiyi diqqətə çatdırı­lıb. Tərəflərin məqsədi iqtisa­di və ticarət əlaqələrini siyasi əlaqələrimizlə eyni səviyyəyə çatdırmaqdan ibarətdir.

Nazir müavini Linq Ci bil­dirib ki, Çin şirkətlərinin Azər­baycanda uğurlu fəaliyyəti məmnunluq doğurur və Çin şirkətləri Azərbaycanın biznes və investisiya mühitini dəyər­ləndirərək tərəfdaşlığı dərin­ləşdirməkdə maraqlıdırlar.

Nazir müavini qeyd edib ki, 2022-ci ilin əvvəlindən eti­barən Azərbaycanın onlayn ticarət evi Çinin e-ticarət lan­dşaftının tanınmış platforması JD.com-da fəaliyyətə başlayıb. Azərbaycan məhsullarının bu platformada təmsil olunması Azərbaycan məhsullarının Çin istehlakçılarına çatmasında və daha çox tanıdılmasında əhə­miyyətli olacaqdır.

ÇXR-in sənaye və informa­siya texnologiyaları nazirinin müavini Sin Quobin ilə görüşdə Çinin aparıcı şirkətləri ilə işgü­zar dialoqun genişlənməsinin önəmi qeyd edilib, Azərbayca­nın əlverişli biznes və investisi­ya mühiti, sərmayədarlar üçün yaradılan imkanlar, ölkəmiz­də alternativ və bərpa olunan enerji sahəsində reallaşdırılan və perspektiv layihələr barədə məlumat verilib.

İqtisadiyyat naziri Çinə səfər çərçivəsində “Envision Energy” şirkətinin vitse-pre­zidenti Con Li ilə də görüşüb. Tərəflər alternativ enerji sahə­sində yeni texnologiyaların tət­biqi, müvafiq avadanlıqlarla tə­chizat, sıfır emissiyalı sənaye parkının yaradılması məqsə­dilə əməkdaşlıq qurulmasını müzakirə ediblər.

Sentyabrın 4-də Pekin şəhərində CIFTIS sərgisi çərçi­vəsində təşkil olunan “Summit Forum on China’s International Economic Cooperation - Going Global” tədbirində çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ölkəmizin iqtisadi uğurları barədə məlu­mat verib. 

XQ

Son xəbərlər