Okampo – beynəlxalq hüquq eksperti, yoxsa erməni katolikosu?

post-img

Argentinalı dələduz ABŞ-nin ardınca BMT-ni də şantaj etməyə girişib

Azərbaycanın BMT-dəki nümayəndəsi Yaşar Əliyev qurumun Təhlükəsizlik Şurasının Qarabağda humanitar vəziyyətə dair avqustun 16-da keçirilmiş müzakirəsində Ermənistan tərəfindən irəli sürülmüş soyqırımı iddialarına münasibət bildirərkən demişdi ki, İrəvanın Bakıya qarşı manipulyasiya və aldadıcı kampaniyası özünü müstəqil ekspert kimi təqdim edən Luis Moreno Okamponun qondarma “rəyi”ndə də nümayiş olunur: “Onun iddialarının qüsurlu olduğunu bu yaxınlarda müstəqil, tanınmış beynəlxalq hüquq eksperti cənab Rodni Dikson ilkin hesabatında qeyd edib.

Cənab Diksonun gəldiyi nə­ticədə də göstərildiyi kimi, Mo­reno Okamponun təqdim etdiyi iddialar əsassız, natamam və qeyri-dəqiqdir. Belə ki, hazırda Azərbaycanın Qarabağ bölgə­sində soyqırımı törədildiyini iddia etmək üçün heç bir əsas yoxdur. Konkret olaraq, cənab Dikso­nun fikrincə, Okamponun rəyi “faktlar”da açıq şəkildə selektiv yanaşma tətbiq edir, xüsusən də Ermənistanın Azərbaycanın etnik erməni sakinlərini təmin et­mək üçün alternativ yollar təklif­lərini rədd etməsini bildirməməsi rəyin selektiv xarakteri daşıdığı­nı bir daha təsdiqləyir”. 

Məlum olduğu kimi, Bey­nəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru, hazırda beynəlxalq hüquq üzrə ekspert kimi fəaliyyət göstərən Luis Mo­reno Okampo avqust ayı baş­layar-başlamaz “Ekspert rəyi: 2023-cü ildə ermənilərə qarşı soyqırımı” adlı hesabat tərtib etmişdi. Bu hesabatın amerikalı pornoulduz Kim Kardaşyanın və onun dostu professor Erik İsrael­yanın sifarişi əsasında hazırlan­dığına şübhə yoxdur. O da mə­lumdur ki, sənəd BMT TŞ-dəki müzakirə öncəsi beynəlxalq icti­mai rəyə təsir göstərməyi hədəf seçirdi. Əlbəttə, məsələ yalnız bu deyildi. Morenonun hesabat­dan sonrakı açıqlaması daha bir örtülü məqsədi ortaya çıxardı. 

Bəli, Okamponun hesabatı Azərbaycan – Ermənistan danı­şıqlarında vasitəçilik missiyasını üzərinə götürmüş ABŞ-ın şantaj olunmasını da hədəf seçirdi. İrə­van Birləşmiş Ştatların vasitəçi­lik menyusuna soyqırımı ritorika­sını əlavə etməyi düşünürdü və bunu Okamponun dili ilə ortaya qoydu. Ekspert hesabatını qüv­vətləndirmək üçün ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinkenə çağırış ünvanlayaraq, onun Qarabağda, əslində, uydu­rulmuş olan soyqırımının qarşı­sını almaq iqtidarında olduğunu bildirdi. Şantaj da elə bu idi. Belə çıxır ki, hazırda Birləşmiş Ştatlar ermənilərin qırılmasına göz yu­mur. 

Qeyd edək ki, Okampo yenə əvvəlki “ampluasındadır”. O, hesabatının kara gəlmədiyini, üstəlik Y.Əliyevin dili ilə BMT tri­bunasından sərt və tutarlı tənqi­də məruz qaldığını gördükdən sonra, daha da azğınlaşıb. Özü­nün konsprioloji təfəkkürünü işə salan argentinalı dələduz ABŞ-nin ardınca, BMT-ni də şantaj etməyə girişib. Əlbəttə, bu ritori­ka da dünya erməniliyinin “məh­suludur”. Yeri gəlmişkən, bildirək ki, məqsədinə nail olmadıqda, terrorlar və qətllər törətməklə yanaşı, şantaja baş vurmaq ti­pik erməni dəst-xəttindən irəli gələn “xüsusiyyətdir”. Bunun ən yaxşı şahidi tarixdir. Hazırda erməni terrorunun, belə demək mümkünsə, mənəvi aləti rolun­da çıxış edən isə Luis Moreno Okampodur. O, Laçın dəhlizinin blokadaya alınması kimi sərsəm mövzuya həsr olunmuş onlayn konfransdakı çıxışı zamanı onu da bildirib ki, ermənilər Ukrayna münaqişəsinin qurbanı olmama­lıdır. 

Cenevrə konvensiyalarına görə, soyqırımı üsullarından bi­rinin də qrupun fiziki məhvinə şərait yaratmaq olduğunu deyən argentinalı Laçın dəhlizinin “blo­kadaya alınması” nəticəsində baş verənləri məhz bu cür qiy­mətləndirib. O, həmçinin hüquq anlayışını kənara ataraq dəsma­lı çıxarıb və ağlaşma qurmağa başlayıb. Qarabağda aclığın yarandığını iddia edən Okampo mövcud durumu “soyqırımı” ad­landırmaqla yanaşı, buna görə məsuliyyəti BMT Təhlükəsizlik Şurasının daşıdığını da vurğu­layıb. 

Bilavasitə ermənilərin, guya qurban olmasına gəlincə, Okam­ponun sözlərindən belə çıxır ki, münaqişə Rusiyanın, Fransanın və ABŞ-ın fərqli cəbhələrdə yer almaları reallığını doğursa da, onlar “erməni soyqırımı”na mü­nasibətdə həmrəylik göstərməli­dirlər. “Bayden 1915-ci il soyqırı­mını tanıdı. İndi yeni soyqırımın qarşısını almaq lazımdır”, – deyən ekspertin, əslində, necə deyərlər, sari simlərə toxunduğu aşkardır. O, sadaladığı dövlətləri saxta “erməni soyqırımı” iddiası­na sahib çıxmağa çağırır. Təx­minən belə: sizə lazım olanda məsələdən istifadə edirsiniz, indi kənara durmayın, nə vaxtsa lazımınız ola bilər. 

Ardınca ekspert hüquq anla­yışını heçə sayan daha bir fikir səsləndirib. Sanki adam hüquq­şünas yox, erməni katolikosudur. Məsələn, deyib ki, beynəlxalq məhkəmələr Qarabağ ermənilə­rinin düşdüyü vəziyyəti soyqırı­mı kimi qiymətləndirmir, amma bu soyqırımıdır. Sual olunur: beynəlxalq məhkəmələr, yəni qanunlar bir hadisəyə soyqırı­mı olaraq qiymət vermirsə, sən kimsən ki, belə düşünürsən? Deməli, düşüncən subyektivdir. Bəs, öz subyektivizmini nəyə görə beynəlxalq ictimai rəyə sı­rıyırsan? Çünki Kardaşyanın pul kisəsi də böyükdür?

Digər tərəfdən, Okampo­nun 1915-ci ilə gedib çıxması, o dövrlə indiki durum arasında paralellər aparması, ümumiy­yətlə gülüncdür. Onun sözlərinə görə, Birinci Dünya müharibə­si zamanı “erməni soyqırımı”nı törədənlər hesab edirdilər ki, müharibə səbəbindən etdikləri əməl cəzasız qalacaq. İndi də, guya, Azərbaycan dünyanın ba­şının Ukrayna müharibəsinə qa­rışmasından istifadə edib Bey­nəlxalq Cinayət Məhkəməsinin Laçın yolunun açılması ilə bağlı qərarına məhəl qoymur. Ekspert mövcud durumda BMT-nin təd­bir görməli olduğunu deməklə kifayətlənmir, eyni zamanda, qurumu borclu da çıxarır: “Daha nə sübuta ehtiyacınız var?” Gö­ründüyü kimi, argentinalı dələ­duzun mənəvi gilyotin tədbiri ara vermir. 

Okampo deyir ki, Rusiya, Fransa və ABŞ Laçın dəhlizinin rus sülhməramlılarının himayəsi altında sərbəst fəaliyyətini tə­min etməlidir. Ən əsası isə ABŞ sülhməramlılara öz funksiyala­rını yerinə yetirməkdə kömək göstərməlidir. ABŞ və rus sülh­məramlılarına kömək. Deyəsən, Okamponun ya ağlı ermənilərin ağlı kimi işləyir, ya da ona Kar­daşyan-İsraelyan “dueti”nin ma­liyyə yatırımının təyinatına sə­feh-səfeh danışmaq da daxildir. Bu da beynəlxalq hüquq üzrə tanınmış ekspert! 

Fransa kimi zəngin ənənələrə malik ölkə erməni avantürasına münasibətdə tutduğu mövqe ilə öz nüfuzunu necə xərcləyirsə, Okampo da eyni addımı atmaqdadır. Hərçənd, müqayisə bir qədər qüsurlu görünə bilər. Çünki Luis Morena nüfuzunu dünyanın müxtəlif ölkələrində qanlı cinayətlər törətmiş şəxslər Beynəlxalq Cinayət Məhkəməsinin mühakiməsindən yayınmağı bacaranda itirmişdi. Təzada baxın ki, indi belə bir qaranlıq keçmişi olan adam durub Qarabağ erməniləri üçün saxta soyqırımı aqibəti uydurur. Hələ, bu, azmış kimi, həyasızcasına beynəlxalq ictimaiyyəti susmaqda da günahlandırır. 

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”



Siyasət