Ermənilərin “hamisi” senator kreslosunu itirə bilər

post-img

ABŞ federal prokurorları və Federal Təhqiqatlar Bürosu (FTB) senator Robert Menendesin və onun həyat yoldaşının halal ət şirkətindən sənədsiz lüks avtomobil və Vaşinqtondakı mənzil hədiyyələri alması ilə bağlı iddiaları araşdırır. Bu barədə The New York Times xəbər verir.

Amerikanın “Politico” nəşri isə qeyd edir ki, ABŞ-ın demokrat senatoru, ermənipərəst mövqedən çıxış edən Robert Menendes “dəfələrlə təhqiqat obyektinə çevrilir – təxminən on ildə bir dəfə”. Məlumata görə, bu dəfə federal prokurorlar həm senatorun özünü, həm də onun erməni arvadını Misirə ət ixracını təsdiq edən şirkətlə əlaqəyə görə araşdırır. Vurğulanır ki, ermənilərin “hamisi” ilə bağlı bu araşdırma 2024-cü il seçkilərinə bir il qalmış aparılır və artıq Nyu-Cersi ştatında demokratların təhqiqatla bağlı qeyri-müəyyənlikdən narahat olması üçün çoxlu səbəblər var.

Menendes Nyu-Cersi ştatından olan senatordur və son dərəcə anti-Azərbaycan və Türkiyə əleyhinə mövqeyi ilə seçilir. O, Konqresdə strateji əhəmiyyət kəsb edən Senatın Xarici əlaqələr komitəsinə rəhbərlik edir. O, erməni əsilli amerikalı - Nadina Arslanyanla evlidir.

S.ELAY,

"Xalq qəzeti"

Siyasət