Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılmasına dair qərar qəbul edilib

post-img

Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu yaradılıb.

İyulun 6-da Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının (QH) Əlaqələndir­mə Bürosunun nazirlər görüşü çərçivəsində “Kolonializmin tamamilə aradan qaldırılması­na doğru” mövzusuna həsr olunan tədbirdə iştirakçılar Fransanın müasir müstəmləkəçilik siyasətinin aradan qaldırılması yolları, Afrika qitəsində və dünyanın müxtəlif regionlarında hazırda mövcud olan köləliyin kökünün kəsil­məsi üçün zəruri addımların atılması istiqamə­tində fikir mübadiləsi aparıblar.

Sonda bəyanat qəbul edilib. Bəyanatda iştirakçılar Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu yaradılmasına dair ra­zılığa gəliblər.

“Xalq qəzeti”

Siyasət