Pentaqonun sözçüsü Patrik Rayder iyulun 6-da keçirdiyi brifinqdə bildirib ki, Birləşmiş Ştatlar partlamamış bombaların sayı az olan mərmilərə üstünlük verərək. ABŞ Ukraynaya tədarük ediləcəyi təqdirdə kassetli sursatları diqqətlə seçmək niyyətindədir.
Eyni zamanda, o, kaset bombalarının Ukrayna ordusuna verilməsi məsələsinin həqiqətən də nəzərdən keçirildiyini təsdiqləyib. “Qabaqcıl ikili təyinatlı döyüş sursatlarına gəlincə, bu gün bu barədə elan edəcəyim heç nə yoxdur. Bildiyiniz kimi, bu məsələ hələ də nəzərdən keçirilir”, - deyə Pentaqonun sözçüsü əlavə edib.
Patrik Rayder qeyd edib ki, ABŞ-ın arsenalında bir neçə növ mərmi var. Bu baxımdan Amerika tərəfi köhnə nümunələrin verilməsi məsələsini nəzərdən keçirmir.
Bundan əvvəl “The New York Times” yazıb ki, Birləşmiş Ştatlar uzunmüddətli daxili məsləhətləşmələrdən sonra Ukraynaya kaset sursatları tədarük etmək qərarına gəlib. “Reuters”in məlumatına görə, Vaşinqton bu bombaların təhvil verilməsini iyulun 7-də rəsmən elan edə bilər. Human Rights Watch (HRW) insan haqları təşkilatı ABŞ-ı Ukrayna Silahlı Qüvvələrinə kaset sursatlarının tədarükü ilə bağlı xəbərdarlıq edərək qeyd edib ki, həm Rusiya, həm də Ukrayna münaqişə zamanı bu tip sursatlardan artıq fəal şəkildə istifadə edib.
İlk dəfə İkinci Dünya Müharibəsi zamanı istifadə edilən kaset sursatları, havada partlayan və daha kiçik hərbi sursatları geniş əraziyə səpələyən raketlər, bombalar və artilleriya mərmilərindən ibarət silahlar sinfidir.
S.ELAY,
"Xalq qəzeti"