Bakı nazirlər görüşünün əks-sədası xarici mediada

post-img

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü beynəlxalq medianın diqqət mərkəzində qalmaqda davam edir. 

ABŞ-ın “www.msn.com” saytında dərc olunan məqalə­də bildirilib ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatına üzv dövlətləri Fransanın yeni müstəm­ləkəçilik siyasətinə qarşı mübarizə apar­mağa çağıraraq deyib: “Dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşul­mama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə apar­malı və onun tamamilə aradan qaldırıl­masına öz töhfəsini verməlidir”. 

Rusiyanın “Kommersant” qəzeti, “News.ru”, “Voyennoe obozreniye”, “Novıye izvestiya”, “Regioni Rossii” nəşrləri, “Vestnik Kavkaza” agentliyi, “Mir” teleşirkəti və bir sıra digər mət­buat orqanları Prezident İlham Əliyevin görüşdəki çıxışı zamanı Fransanın neo­kolonializm siyasətini tənqid etdiyini bil­diriblər. 

Pakistanın nüfuzlu “İslamabadpost” qəzetində isə Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışı­nın ingilis dilində tam mətni dərc edilib.

Afrika hökumətinin saytında (“gov.za”) bildirilib ki, Bakıda keçirilən nazirlər görüşündə qlobal məsələlərə dair prinsi­pial mövqelər nəzərdən keçirilib. 

Gürcüstanın “Kavkasia.net” porta­lında rus dilində yayımlanan materialda Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanı bütün qoşunlarını Qarabağ­dan çıxarmağa çağırdığı yazılır. 

Kubanın “Prensa Latina” agentli­yində yayılan xəbərdə Suriya xarici işlər naziri Feysəl Əl-Məkdadın Qoşulmama Hərəkatına üzv ölkələri terrorizmlə mü­barizədə səyləri birləşdirməyə çağırdığı vurğulanıb. 

Əlcəzairin “EnTV” telekanalının say­tında, “Eleane” nəşrində, “Əl Hərir”, “dz.54.dz” informasiya portallarında isə “İlham Əliyev Fransa hökumətinə qar­şı ağır ittihamlar irəli sürdü” sərlövhəli məqalədə diqqətə çatdırılıb ki, Qoşulma­ma Hərəkatına uğurla sədrlik edən Azər­baycanın dövlət başçısı neokolonializm siyasətini sərt tənqid edib.

Ərəb ölkələrində geniş oxucu audito­riyasına malik olan İordaniyanın “Nəbd” qəzetində dərc olunmuş “İlham Əliyev Parisi sərt tənqid etdi” sərlövhəli məqalə­də diqqətə çatdırılıb ki, Azərbaycanın dövlət başçısı Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görü­şündəki çıxışında Fransanı neokolonia­lizmdə ittiham edib.

Küveytin “q-8.press” informasi­ya portalında dərc edilmiş “Prezident İlham Əliyev İslamın zorakılıq və ter­rorla eyniləşdirilməsindən narahatlığını ifadə edib” sərlövhəli məqalədə qeyd edilib ki, Azərbaycanın dövlət başçısı Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışın­da islamofobiya və dini rəmzlərin təhqir olunmasını qətiyyətlə pisləyib. 

Qətərin rəsmi QNA informasiya agentliyinin saytında Qoşulmama Hərə­katının Əlaqələndirmə Bürosunun nazir­lər görüşü haqqında xəbər və Prezident İlham Əliyevin bu mötəbər tədbirdə çıxı­şından əsas məqamlar təqdim edilib. 

Moldovanın aparıcı “Point”, “Noi”, “Timpul” xəbər portalları da Azərbay­can Prezidenti İlham Əliyevin Qoşul­mama Hərəkatının nazirlər görüşündəki çıxışına geniş yer ayırıb. Məqalələrdə dövlətimizin başçısının Ermənistanın qeyri-konstruktiv mövqeyinə dair fikirlə­rinə xüsusi diqqət çəkilib. 

Bosniya və Herseqovinanın “Slobod­na Bosna”, “Bosna info”, “Federalna” və “N1info” kimi informasiya agentliklə­rinin yaydığı xəbərlərdə Prezident İlham Əliyevin görüşdəki çıxışı zamanı Fran­sanın neokolonializmi hələ də davam etdirən ölkələrdən biri olduğunu qeyd etdiyi bildirilib. 

İranın İRNA dövlət informasiya agentliyi, “Mehr” agentliyi, ingilis dilin­də dərc olunan “Tehran times” qəzeti və digər media qurumları Qoşulmama Hərəkatının Bakıda keçirilən tədbirini diqqətdə saxlayıblar.

“Xalq qəzeti”

Son xəbərlər