Üç ölkə Ukrayna üçün beynəlxalq döyüşçülər toplayacaq

post-img

Hazırda üç ölkə Ukrayna üçün beynəlxalq döyüşçülər koalisiyasının yaradılması üzərində işləməyə razılaşıb. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

V.Zelenski qeyd edib ki, Böyük Britaniyanın Baş nazir Rişi Sunak ilə razılaşıb ki, döyüşçülərdən ibarət koalisiya - təlim, təyyarə, nəticələr üzərində işləsinlər: “Fransa Prezidenti Emmanuel Makron bunu dəstəklədi, ötən gün isə Niderlandın Baş naziri Mark Rutte dəstək verdi. Koalisiya üçün yaxşı başlanğıcdır".

Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”

Siyasət