XİN: Suverenliyimizə qarşı qərəzli fikirlərə son qoyulmalıdır

post-img

Avropa İttifaqı səfirinin beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi olan fikirləri qəbuledilməzdir.

Bu barədə Xarici İşlər Nazirliyinin mayın 15-də Avropa İttifaqının Ermənis­tandakı səfiri Andrea Viktorinin mətbuat konfransında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin açıqlamasına istinadən söylədiyi “Dağlıq Qarabağın erməni əhalisinin hüquq və təhlükəsiz­liyi təmin olunmalıdır” və bu məqsədlə “beynəlxalq mexanizm” yaradılmalıdır” fikirlərinə dair bəyanatında bildirilib.

Qeyd edilib ki, bu məsələdə ölkəmi­zin mövqeyi hər kəsə məlumdur.

Bildirilib ki, Qarabağ bölgəsi Azər­baycanın suveren ərazisidir və Azər­baycanda yaşayan digər etnik azlıqlar kimi, erməni sakinlərin də hüquq və təhlükəsizliyi ölkəmizin qanunvericiliyi çərçivəsində təmin olunacaq.

Azərbaycan tərəfinin erməni sa­kinlərlə qeyd edilən istiqamətdə dialoq səylərinə maneçilik törədilməməli, ərazi bütövlüyü və suverenlimizə qarşı olan qərəzli fikirlərə son qoyulmalıdır.

“Xalq qəzeti”

Siyasət