“NEMEZİSİZM” yaxud qəddarlıq və zombilikdə “erməni nümunəsi”

post-img

Deyirlər ki, pis millət və xalq yoxdur, onun pis olan nümayəndələri var. Hərçənd, “xalqın pis olan nümayəndələri var” deyimi də ilk siqnaldır. Deməli, hansısa məqamda pisliklərin üzəçıxma faizi üstünlük qazanıb və bu hal pisliklə bağlı qənaət formalaşdırıb. Deməli, nəticə çıxarılmalıdır.

Digər tərəfdən, diqqətə çatdırdığımız deyim, müəyyən mənada, təsəllidir də. Bir pisliyi, ümumən, topluma şamil et­məmək üçün olan təsəlli. Ancaq zaman keçdikcə, bu təsəllinin zəifliyinə şahidlik edirik. O məqamda ümidlər tükənir, ob­razlı desək, gözləntilər dəfn edilir. Nəzərə alaq ki, təsəllinin özündə də bir ümid var. Nəyisə yaxşı görməyin, şahidi olduğun pisliklərin aradan qalxacağının ümidi. 

Biz əsrlərlə erməni adlı qövmün düzələcəyi qənaətində olmuşuq. Daha doğrusu, bu qənaətlə itirə-itirə gəlmişik. Yəni, bəslədiyimiz ümid və inam xalqı­mıza baha başa gəlib. Vətən torpaqlarını peşkəş də etmişik ki, düzələcəklər. Bəli, ermənilər deyirik, fərq qoymuruq. Artıq bildirmirik ki, ortada siyasət olub. Axı, bütün pisliklər kimi, bədnam siyasətlər də özünü pisliklər üçün alətə çevirməyə hazır olanları tapır. 

Niyə kimlərsə – böyük qüvvələr, güc­lər özlərinin avantürist niyyətləri naminə bizdən yararlanmayıblar? Görüblər ki, əyri işlər üçün əlverişli deyilik, bədxah iddialardan, xəstəlikdən uzağıq, vic­danımız təmizdir, dürüstük, içərimizdə haqq-ədalət sevgisi var. Və onu nahaqqa qurban verəcək əqidəsizlikdən kənarıq. Ancaq haqqında söz açdığımız qüvvələ­rin tarix boyu ermənilərdən “faydalandıq­larına” şahidliyimiz olub. Çünki ermənilər daim özlərini “təklif ediblər”. Təklif etmək bir yana, böyük güclər görüblər ki, bu millətdə pataloji xəstəlik, türklərə müna­sibətdə izaholunmaz nifrət toxumları var və bu toxumları azacıq suvarmaq kifayət­dir ki, cücərsin, “bar versin”. 

Bəli, tarixən ermənilərin işğalları, qəsbləri, soyqırımları ilə üzləşmişik. Sa­dəlövhcəsinə bunun dayanacağına bəs­lədiyimiz ümiddən daha da azğınlaşıblar. Ona görə deməliyik ki, ermənilərin bu cür vəhşi xislətə sahiblənməyində günahkar həm də bizik. Qarşılarında maneə gör­məyiblər, müqavimət hiss etməyiblər. Düşünüblər ki, hər şey istədikləri kimi olmalıdır. 

Son iki yüz illik tarixdə ilk dəfədir ki, proseslər ermənilərin arzuladıqları tərz­də getmir. Baxın, Qarabağın hər yerinə, sanki, yağışdan sonra bitən göbələk kimi səpələndilər. 44 günlük Vətən mü­haribəsində murdar qanları müqəddəs yurd yerlərimizin hər bucağına tökül­dü. Düşündük ki, bu aqibət onlara görk olar. Amma görk olmadı. Çünki xəstəlik çıxmayıb canlarından. Digər tərəfdən, kimlərəsə o xəstəliyin nəsildən-nəslə keçməsi də vacibdir. Bu səbəbdəndir ki, qorunurlar. 

Bəli, söhbət qövmlükdən çıxa bil­məyən erməni toplumundan gedir. Diqqət yetirin, əvvəldə söylədiyimiz “xalqın pisi olduğu kimi, yaxşısı da var” anlamından uzağıq. Çünki pis olmağa nə var, yaxşı, müsbət imic qazanmaq çətindir. Ermə­nilər ikincini seçiblər. Sadə erməniləri də nəzərdə tuturuq. Heç vaxt şüurən özlə­rində avantürizmdən, ambisiyalardan kə­narda durmaq potensialını bəsləməyib­lər, buna çalışmayıblar. Bir xalqın yazıçı dediyi şəxs – Zori Balayan öz kitabında türklərə qarşı qəddarlıq səhnələrini təsvir edib öyünməyi bacarırsa, deməli ictimai təfəkkür də zaydır. Heç kəs də soruşmur ki, yazıçı nə üçün qəddarlıq səhnələrini qələmə alıb onunla öyünməlidir. Soruş­murlar, çünki zombiləşiblər. 

Bəli, yaxşılıqlar, mütərəqqiliklər in­cəsənət nümunələrində, ədəbiyyatda ya­şayır. Yəni, xalqın müsbət, bəşəri keyfiy­yətləri onun yaradıcılığına hopur, özünə məhz sənət dünyasında əbədi ümman taparaq cilalanır, inkişaf edir. Nəticə eti­barilə xalq özü də inkişaf edir və gələcək nəsillərin yoluna işıq saçır. Həmin nəsillə­rin ruh halını, estetik zövqünü formalaş­dırır. Ancaq estetik zövqü, iç dünyasını formalaşdırmalı olan incəsənət erməni qövmünə xas patoloji xəstəliyinin əsiridir. Bu günlərdə İrəvanın mərkəzində “Ne­mezis” terror əməliyyatına həsr olunmuş abidənin ucaldılması da bu əsirliyin məh­suludur. 

***

Qeyd edək ki, Azərbaycan Demok­ratik Respublikası və Osmanlı dövlət xadimlərini hədəf alan “Nemezis” terror əməliyyatı zamanı Osmanlı dövlətinin rəsmi şəxsləri ilə yanaşı, 1920–1922-ci illərdə Azərbaycanın sabiq baş naziri Fətəli xan Xoyski, Azərbaycan parlamen­tinin keçmiş sədr müavini Həsən bəy Ağayev, Azərbaycanın sabiq daxili işlər naziri Behbud xan Cavanşir, Azərbayca­nın keçmiş Baş naziri Nəsib bəy Yusif­bəyli... də qətlə yetiriliblər. 

Əlbəttə, yuxarıda da vurğuladıq ki, terror cinayətləri erməni qövmü üçün xüsusi önəm daşıyır. XX əsr ərzində baş verən proseslər də bunun təsdiqidir. Nə­hayət, əsrin sonlarına doğru Azərbaycan torpaqlarının işğalı da terrordur. Ermə­nistan müstəqillik əldə etdiyindən terror, belə demək mümkünsə, özünə dövlət siması qazandı. Beləcə otuz ilə yaxın müddətdə Azərbaycan türkləri dövlət ter­rorunun işğalçılıq mahiyyəti ilə baş-başa qaldı.

Lakin 2018-ci ildə Ermənistanda Ni­kol Paşinyanın hakimiyyətə gəlməsi ilə nəticələnmiş inqilabdan sonra belə dü­şüncələr yarandı ki, ölkə ənənəvi erməni xislətinə xas mənfi stereotiplərdən uzaq duracaq, türklərə qarşı düşmənçiliyi və nifrəti özündən uzaqlaşdıracaqdır. Möv­cud xüsusda Qarabağ münaqişəsinin dinc yolla həllinə də ümidlər var idi. Çünki inqilab, necə deyərlər, Qərb dəyərləri ilə silahlanmış siyasi qüvvənin qələbəsi re­allığını doğurmuşdu. Ancaq biz, tədricən, tipik erməni xəstəliyinin həmin dəyərlərə hopduğunun şahidlərinə çevrildik. Sən demə, inqilab vəhşi xislətin Qərbə da­şınması üçün vasitə imiş. Nəticə etibarilə mütərəqqilik vandallığın girovuna çevril­miş duruma düşdü. 

Diqqət yetirək, 2019-cu ilin payızın­da, yəni qərbpərəst Paşinyanın hakimiy­yətə gəlişindən sonra Ermənistanın Şirak vilayətində Osmanlı dövlətinin baş naziri Mehmet Tələt paşanın qatili Soqomon Teyliryanın heykəli ucaldıldı. Heykəlin təsvirində qatilin ayağının altında Tələt paşanın başının görüntüsü yer aldı. Bu qədər alçaq düşüncəni yaradıcılığa, bu halda incəsənətə gətirmək, həqiqətən, faciədir. Deməli, erməni insanı, gəncliyi ayaq altında olan kəsilmiş başa tamaşa edəcək! Kəsilmiş baş bu təbəqəni forma­laşdıracaq! Bəli, hər şey bu qədər qəd­dardır. Qəddar olduğu qədər də ortada miskin mənzərə var. Bu mənzərə heç də tarixdə baş vermiş nələrisə yaddan çıxarmamaq, ibrət götürmək üçün atılmış addımın göstəricisi deyil. Bu mənzərə, sadəcə, qorxaqlıq və rəzillikdir. 

Bəli, bu idi Qərbpərəst Nikol Paşin­yan hakimiyyətinin mahiyyəti, yəni, ma­hiyyətsizliyi və simasızlığı. Əlbəttə, Tələt paşanın başını ayaq altında göstərən qövmün başbiləninin “Qarabağ Ermənis­tandır” söyləməsindəki aqressiv ritorikanı anlamaq mümkündür. Bu qövmdə “yeni torpaqlar naminə yeni müharibə” çağırı­şının səslənməsini də, həmçinin. Beləcə, terrorçu və işğalçı Ermənistan 2020-ci il sentyabrın 27-də müharibəyə başladı ...və cəhənnəmə vasil oldu. Başları, əl­ləri, qolları ilə tikə-parçaya çevrilib qəsb etdikləri Qarabağın daşına-qayasına bu­laşdı. 

Müharibənin üzərindən iki ildən artıq vaxt keçib, indi də “Nemezis” şərəfsizli­yinə həsr olunmuş abidə ucaldırlar. Cə­miyyətə türklərə qarşı nifrət qığılcımları səpirlər. Daha doğrusu, onsuz da möv­cud olan kin və küdurəti daha da körük­ləmək yolu tuturlar. Yenə qonşularla dinc, birgəyaşam mühitinin formalaşmasına qarşı olduqlarını göstərirlər. Elə buna görə də Azərbaycanın Xarici İşlər Nazir­liyinin hadisə ilə bağlı yaydığı bəyanatda Ermənistanın terrorçuluq siyasətinə son qoyulmasının vacibliyi vurğulanmaqla yanaşı, qeyd edilib ki, erməni terrorizmi­nin, ekstremizminin, aqressiv separatiz­minin və irqi ayrı-seçkiliyinin bütün forma və təzahürlərinə qarşı birmənalı və ikili standartlardan kənar şəkildə qəti müba­rizə aparılmalıdır. Yəni, ölkəmiz erməni xislətinin təhdidedici, bölgədə sülhün və əminamanlığın qərarlaşmasına maneçi­lik törədən təbiətini göstərir və buna qar­şı müqavimətin və immunitetin möhkəm olmasının vacibliyinə diqqət yönəldir: “Er­mənistanın bu cür addımları, bu ölkənin Azərbaycan və Türkiyə ilə davam edən normallaşma danışıqları ilə bağlı iddia et­diyi “səmimiyyətini” və “xoş iradəsini” cid­di sual altına qoyur. Qeyd edək ki, sülh və barışığa aparan yol сinayət və səhvlərin daha çox tərənnüm edilməsindən deyil, bunların etiraf olunmasından keçir”. 

Bəli, “Nemezis” şərəfsizliyi üçün abi­dənin ucaldılması Azərbaycanla sülh, Türkiyə ilə normallaşma prosesinin la­büdlüyünü şübhə altına almaqdadır. Az əvvəl, 2019-cu ildə Ermənistanda Tələt paşanın qatilinə heykəl qoyulduğunu vur­ğuladıq. Onu da vurğuladıq ki, belə ya­ramaz təfriqəçi meyillər ölkə üçün acına­caqlı sonluq gətirmiş 44 günlük müharibə reallığını doğurdu. Bu mənada gözləmək olar ki, “Nemezis” abidəsi də növbəti mü­haribə üçün ideoloji motivdir. Yaxşı olar ki, Ermənistan hakimiyyəti yeni savaşın ölkə, ümumən, Ermənistanın saxta döv­lətçiliyi üçün hansı acınacaqlı aqibəti doğuracağını düşünsün. Hərçənd, necə düşünsün axı xəstələr, indiki halda xəstə erməni cəmiyyəti düşünə bilmir. Pis xalq və pis millət olmağa üstünlük verir. 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət