Nazir: ABŞ-ın təşəbbüsü nəticəsində Ermənistan yenidən danışıqlara qayıdır

post-img

Azərbaycan sülh müqaviləsinə inanmasaydı, sülhün təşəbbüskarı olmazdı. Prezident İlham Əliyev keçmiş münaqişənin üzərindən keçərək 2021-cil ildə sülh müqaviləsinin imzalanmasının vacibliyini səsləndirmişdi. Sülh müqaviləsi üçün təkliflər də Azərbaycan tərəfindən edilmişdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə keçirdiyi mətbuat konfransında bildirib.

Ceyhun Bayramov deyib: “2022-ci ilin fevralında 5 məlum baza prinsipi hazırlandı, ötən ilin oktyabr ayında sülh müqaviləsinin ilk layihəsi Ermənistana təqdim edildi. ABŞ-ın təşəbbüsü nəticəsində Ermənistan yenidən danışıqlara qayıdır. Biz bu prosesi dəstəkləyirik”.

Siyasət