Bolqarıstan Azərbaycan qazının Avropa qapısına çevrilir

post-img

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana işgüzar səfəri çərçivəsində dövlətimizin başçısı və dost ölkənin rəhbəri Rumen Radevin iştirakı ilə reallaşan SOCAR-ın Sofiya ofisinin açılışı mərasimində Azərbaycan–Bolqarıstan enerji əməkdaşlığının sürətlə inkişaf etdiyi, bu sahənin ikitərəfli əlaqələrdə mühüm yer tutduğu xüsusi vurğulanıb. 

Prezident İlham Əliyevin Bolqarısta­na sonuncu – 2022-ci il 30 sentyabr–1 oktyabr tarixli rəsmi səfəri çərçivəsin­də Yunanıstan–Bolqarıstan Qaz İnter­konnektorunun istismara verilməsi ilə ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıqda tamamilə yeni səhifə açıldığı da xatırladılıb.

Mərasimdə dövlətimizin başçısının in­diki səfəri zamanı Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması isə enerji resurslarının nəqlinin daha da şaxələndi­rilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində vaxtında atı­lan çox mühüm addım kimi dəyərləndirilib. 

Burada bir məqamı da xatırlatmaq istərdik. Prezident İlham Əliyev hələ ötən ilin oktyabr ayında Bolqarıstan Res­publikasının paytaxtı Sofiya şəhərində Yunanıstan–Bolqarıstan Qaz İnterkon­nektorunun istifadəyə verilməsi mərasi­mindəki çıxışında SOCAR-ın ofisinin açıl­ması məsələsinə toxunaraq qeyd edib ki, respublikamız enerji sahəsində təkcə təbii qazın ixracı ilə işi bitmiş hesab etmir: “Biz enerji ilə bağlı olan digər məsələləri də müzakirə etdik. Elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaş­lıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, Bolqarıstanda enerji infrastrukturu­nun yenilənməsində SOCAR-ın mümkün iştirakı və digər məsələlər müzakirə olun­du. Bir sözlə, SOCAR-ın Bolqarıstandakı ofisinin açılması vaxtı çatıb və əminəm ki, biz yaxın vaxtlarda bunu da edəcəyik”.

Bu il martın 11-də Bolqarıstan Prezi­denti Rumen Radev də dövlətimizin baş­çısına videokonfrans formatında görü­şündə Azərbaycan liderinin verdiyi vədə sadiq qalaraq bu layihənin reallaşdırıldığı, Sofiyada SOCAR-ın ofisinin açıldığı üçün təşəkkürünü çatdırıb. 

Onu da qeyd edək ki, ölkəmiz “mavi yanacaq” tədarükündə də Bolqarıstanla sıx əməkdaşlıq edir. Məsələn, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitə­silə hər il Bolqarıstana bir milyard kubmetr həcmində qaz nəql olunur.

Yeri gəlmişkən, Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqlinə 2020-ci il dekabrın 31-də baş­lanılıb. Həmin vaxt Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Eyni zamanda, təbii qazın ən iri idxalçısı olan Avropa ba­zarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını da şaxələndirməyə nail olub.

Göründüyü kimi, energetika sahə­sində strateji tərəfdaş olan Bolqarıstan Cənub Qaz Dəhlizinin fəal üzvüdür. Döst ölkə Bakıda keçirilən Cənub Qaz Dəhlizi­nin Məşvərət Şurasının iclaslarında yük­sək səviyyədə təmsil olunub, adıçəkilən nəhəng transmilli layihənin icrası ölkələri­miz arasında əlaqələri daha da möhkəm­ləndirib. 

Cənub Qaz Dəhlizinin maliyyə tutumu 40 milyard dollara bərabərdir və bu layihə 7 ölkəni birləşdirir. Azərbaycanın nəhəng “Şahdəniz” yatağından qaz Avropa döv­lətlərinə və region ölkələrinə, o cümlədən Bolqarıstana çatdırılır. Bununla da Azər­baycan qazı Bolqarıstanın enerji təhlükə­sizliyi məsələlərinin həllində öz əhəmiy­yətli rolunu oynayır. 

Azərbaycan Bolqarıstan ilə bütün sahələrdə əməkdaşlığın daha da dərin­ləşməsini və möhkəmlənməsini daim diqqətdə saxlayır. Hazırda ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı, turizm, informasiya-kom­munikasiya texnologiyaları və əczaçılığın inkişafı üçün müxtəlif layihələr gerçəkləş­dirilir. 

Azərbaycan iqtisadiyyat, ticarət və nəqliyyat sahələrində əlaqələrin geniş­lənməsi üçün böyük imkanlar yaradan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəh­lizlərinin həyata keçirilməsinə də xüsusi diqqət yetirir. Eyni zamanda, Azərbaycan bir sıra irimiqyaslı beynəlxalq enerji la­yihələrinin təşəbbüskarı və iştirakçısıdır. Belə layihələrdən biri – Cənub Qaz Dəhlizi həm Avropanın enerji təhlükəsizliyi, həm də ikitərəfli və çoxtərəfli formatda Avropa dövlətləri ilə əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıyır. Bolqarıstanın da işti­rakçısı olduğu bu layihə reallaşaraq, həm­çinin digər Şərqi Avropa ölkələri ilə əmək­daşlıq üçün geniş imkanlar açır. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu da Avropanı Asiya ilə birləşdirir və ölkələri bir-birinə daha da yaxınlaşdırır. 

Beləliklə, 2015-ci ilin martında imza­lanmış Bolqarıstan Respublikası ilə Azər­baycan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə­nin icrası tərəflər arasında əməkdaşlığın möhkəmlənməsini şərtləndirir, böyük po­tensiala və bu sahədə mövcud perspektiv­lərə uyğun olaraq münasibətlərin yüksək səviyyədə inkişafına önəmli təsir göstərir. 

Bolqarıstan ilə Azərbaycan arasında dövlətlərarası əlaqələr yarandığı ötən il­lər ərzində ümumi maraq doğuran bütün sahələr bərabərhüquqlu əməkdaşlıqla, qarşılıqlı hörmət və anlaşma ilə, eləcə də açıq qalan məsələlərin olmaması ilə xa­rakterizə edilir.

Yeri gəlmişkən, son illərdə Azərbay­can–Bolqarıstan arasında enerji tədarü­kü ilə yanaşı, siyasi, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq sahəsində də la­yihələr sürətlə reallaşdırılıb. Hər iki res­publikanın dövlət başçısı tərəfindən qar­şılıqlı əlaqələrin genişlənməsinin zəruriliyi dəfələrlə vurğulanıb.

Məlumat üçün deyək ki, Bolqarıstan Azərbaycanla birlikdə 1998-ci ildən Av­rasiya nəqliyyat dəhlizi layihəsində fəal (TRASECA) iştirak edir. İki dövlət arasın­da, həmçinin regional təşkilat olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çər­çivəsində də sıx münasibətlər mövcud­dur. Bütün bunlarla bərabər, Azərbaycan Bolqarıstanla birgə indiyədək iqtisadi sahələri əhatə edən bir sıra önəmli sənəd­lər imzalayıb.

Azərbaycanın Bolqarıstanla iqtisadi əlaqələrində enerji tədarükü ilə yana­şı, müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı, turizm, informasiya-kommu­nikasiya texnologiyaları və əczaçılığın inkişafı üçün müxtəlif layihələr gerçəkləş­dirilib. Bütün bunlar statistik göstəricilərdə də öz aydın ifadəsini tapıb. Belə ki, təkcə 2022-ci ildə Bolqarıstan Azərbaycanın 28-ci xarici ticarət tərəfdaşı olub. Bu dövrdə iki dost ölkə arasında ticarət dövriyyəsi 325 milyon ABŞ dolları təşkil edib, ikitərəf­li ticarətin saldosu 259 milyon ABŞ dolları ilə Azərbaycanın xeyrinə olub.

 

V.BİNYATOĞLU,
“Xalq qəzeti”



Siyasət