Prezident İlham Əliyev: Pasxa bayramı dirçəlişin, yeniliyin, mərhəmət və şəfqət duyğularının rəmzidir

post-img

Dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınan müasir Azərbaycan Respublikasında bütün etnik və dini azlıqlara, o cümlədən xristian icmasına öz milli-mənəvi dəyərlərindən lazımınca faydalanmaq, adət-ənənələrini, dil və mədəniyyətini yaşatmaq üçün geniş imkanlar yaradılmışdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Pasxa bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına təbrikində deyilir.

“Təqdirəlayiq haldır ki, belə demokratik və tolerant mühitdə fəaliyyət göstərən pravoslav inanclı vətəndaşlarımız digər etiqadların mənsubları ilə birgə ictimai-siyasi həyatımızın bütün sahələrində yaxından iştirak edir, müstəqil dövlətimizin hərtərəfli inkişafına layiqli töhfələr verirlər”, - deyə təbrikdə vurğulanır.

Pasxa bayramını dirçəlişin, yeniliyin, mərhəmət və şəfqət duyğularının rəmzi adlandıran dövlətimizin başçısı Azərbaycanın pravoslav xristian icmasının hər bir üzvünə səadət, ailələrinə xoş bayram ovqatı və firavanlıq arzulayıb.

Siyasət