BMT-nin rezident əlaqələndiricisi: Minaların təmizlənməsi işində Azərbaycana dəstəyimizi davam etdirəcəyik

post-img

Biz Ağdamda gələcək prioritetlərlə, 2023-cü ildə həyata keçiriləcək işlərlə bağlı daha sıx əməkdaşlığın qurulması haqqında müzakirələr apardıq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ağdam şəhərində Azərbaycan-BMT tərəfdaşlığı üzrə strateji məsləhətləşmələrdən sonra jurnalistlərə açıqlamasında BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva deyib.

O bildirib ki, müzakirələr zamanı kədərli xəbər eşidib: “Xəbər aldıq ki, bu gün 2 azərbaycanlı mina partlayışı nəticəsində həyatını itirib. Həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Biz BMT ailəsi olaraq bundan sonra da minaların təmizlənməsi işində Azərbaycana öz dəstəyimizi davam etdirəcəyik”.

Ağdamda ağacəkmə aksiyasında iştirak etdiyini söyləyən BMT-nin nümayəndəsi qeyd edib ki, ağacəkmə kampaniyası həm də rəmzi xarakter daşıyıb. “Ağacəkmə kampaniyası Heydər Əliyevin 100 illiyinə həsr olunub. Həmçinin Qarabağın yaşıl gələcəyi üçün ümid toxumu səpməyi simvolizə edir”.

Siyasət