Fars-molla rejimi narkobiznesi çiçəkləndirir...

post-img

İranın fars-molla rejimi narkotik ticarətindən əldə etdiyi çirkli pulları yalnız daxildə uranı zənginləşdirməyə, İslam Keşikçilərini yemləməyə, hay “qardaşları”na silah-sursat göndərməyə deyil, həm də xaricdə terror təşkilatlarını maliyyələşdirməyə xərcləyir. 

Az qala, hər gün Dövlət Sərhəd Xid­mətinin, yaxud Daxili İşlər Nazirliyinin məlumatlarında qanun pozucuları barə­də eyni məzmunlu xəbəri oxuyur və ya eşidirik: “İran-Azərbaycan sərhədində narkotik qaçaqmalçıların ərazimizə sız­masının qarşısı alındı, paytaxtda narko­tacirlər iş başında yaxalandılar”. Həmin adamların, istisnasız olaraq, hamısına “ağ ölüm”ün xammalının Arazın o tayın­dan - İrandan ötürüldüyü birmənalıdır. Təkcə ötən il ərzində 1 ton 150 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. Bu rəqəm Daxili İşlər Nazirliyinin 2022-ci ilin ye­kunları ilə bağlı hesabatında göstərilib. Amma 2020-ci ilin 10 noyabrına qədər vəziyyət tam fərqli idi. 

Hələ 2001-2003-cü illərdə, İlham Əliyev Milli Məclisin Avropa Şurası Par­lament Assambleyasında (AŞPA) nü­mayəndə heyətinin rəhbəri, AŞPA-nın vitse-prezidenti və büro üzvü olarkən Azərbaycanın işğal olunmuş ərazilərin­də Ermənistan dövlətinin, erməni silahlı qüvvələrinin narkotik əkib-becərdiklərini, nəzarətsiz ərazilərdən narkotranzit kimi istifadə etdiklərini və insan alveri ilə bağ­lı cinayət əməllərini faktlarla ifşa edərək Avropa parlamentarilərində obyektiv rəy formalaşdırmağı bacardı.

Qarabağ İranın gizli narkomarşrutu idi

Qarabağın işğal altında inildədiyi dönəmdə Tehranın əmmaməli işbazları özlərinin mürtəce maraqlarını təmin et­mək məqsədilə İrəvanla qardaşlaşmışdı. Onların doğma torpaqlarımızda törətdi­yi əməllərə talançı ermənilərin özləri də heyrətlənirdilər. “Qafqazın Xirosiması”na çevirdikləri doğma Ağdamda daşın daş üstə qalmamasının əsas baiskarlarından biri məhz Arazın o tayından gələn gor-eşənlər idi. Yiyəsiz qalmış evlərimizin nəinki damını, taxta-şalbanını, hətta da­şını da söküb İrana daşıyan fars şovinist­ləri bununla kifayətlənməyib, Qarabağın öz sərhədlərinə yaxın rayonlarında nar­kotik plantasiyaları salırdılar. Yazdıqları­mız dəlil-sübutla təsdiqlənmiş, rəsmən qeydə alınmış faktlardır. Konkret fakt: Müzəffər Azərbaycan Ordusu Füzulinin işğaldan azad etdiyi ərazilərində narkotik bitkilərin becərildiyi hektarlarla plantasi­ya, oradaca emal müəssisəsi - laborato­riya aşkarlayıb. 

Bəli, İran işğal illərində Qarabağ əra­zisindən Ermənistana silah qaçaqmalçılı­ğı, narkotranzit zona kimi istifadə edirdi. Əbalı, dəstəmazlı tüccarlar nəzarətdən kənarda qalmış bu ərazilərdən keçməklə postsovet məkanına, oradan da Avropa­ya narkotik daşıyırdı. İranın bu cinayətinə də şərik olan Ermənistan isə “gəlirli məh­sulu” böyük məmnuniyyətlə “postlardan” ötürürdü. Bu faktların bir qismi o vaxt Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən müşahidə və axtarış-əməliyyat tədbirləri nəticəsində, eləcə də İrandan qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan narkotacirlərin tutularaq dindirilməsi zamanı üzə çıxarıldı. 

Mütəşəkkil narkocinayətkar “üçlük”

Belə haram ticarətlə milyardlar qaza­nan rejim utanmadan özünü İslam Res­publikası adlandırır. 10 noyabr üçtərəfli Bəyanatının imzalanması ilə bitmiş işğal­dan qurtuluş savaşından sonra Tehranın fars-şovinist rejimini ən çox narahat edən məsələ narkomarşrut kimi Qarabağın əldən çıxması idi. İndi bu ərazilərə onun əsl sahibi qayıdıb və dövlət səviyyəsin­də dünyaya narkotik ixrac edən Tehran alverçiləri bu yöndə fəaliyyətlərini artıq fərdi narkokuryerlər vasitəsilə həyata ke­çirməyə çalışırlar.

Narkotika biznesindən əldə etdiyi mil­yardlara nəzarəti Tehranın İslam İnqilabı Keşikçiləri Korpusunun həyata keçirdiyi çoxlarına bəllidir. Bu yolla əldə olunan vəsait isə qurumun tələbatlarının ödə­nilməsinə, eyni zamanda, xaricdə təlim keçdikləri terror təşkilatlarının, ayrı-ayrı təxribatçı qrupların maliyyələşdirilməsinə xərclənir. Bundan başqa, həmin vəsait­dən Əfqanıstan-İran-Ermənistan-Avropa narkotranzit yolunun təhlükləsizliyini tə­min etməkdən ötrü istifadə edilir. Əfqa­nıstan-İran-Ermənistan narko-üçlüyünə yerli hökumətlərin ən yuxarı eşalonun­da əyləşmiş məmurların “krışalıq” etdi­yi şübhəsizdir. Məhz onların xidmətləri sayəsində sərhədlərdə qəsdən yaradılan boşluqlar öz növbəsində narkotiklərin qa­nunsuz ticarəti ilə məşğul olan cinayətkar dəstələr üçün çox sərfəlidir. 

İranın Azərbaycanı özünün narkotran­zit marşrutuna çevirmək cəhdləri bu gün də davam edir. Amma bu cəhdlərin heç bir nəticəsi olmayacaq. Çünki Tehranın bu xəbis planının qarşısını almaq üçün Bakı vaxtaşırı qəti addımlar atır. 

Narkoduet cəzasını almalıdır

Artıq terrorizmi dəstəkləyən, “ağ ölü­mü” yayan Tehran-İrəvan narkoduetinin sonu çatmaq üzrədir. Hər iki cinayətkar rejimin çirkli biznesinin qarşısı alınır. Azərbaycan torpağında özlərinin “qara bazar”ını açmaq istəyən Tehranın əm­maməli despotik rejimi bu “narkoyarmar­ka”nı öz torpaqlarında təşkil eləsin. Usa­nıb çəkinmədən əl qatdıqları ümumbəşəri cinayətlərini qardaş dediyi narkoortağı Ermənistanla bir yerdə reallaşdırsınlar. Amma buna da imkan verilməyəcək. Çünki narkotika ticarəti, onun tranziti, ilk növbədə, beynəlxalq hüququn əsas nor­ma və prinsiplərini pozan, dövlətlərarası münasibətlərə mənfi təsir göstərən trans­milli cinayət və hüquq pozuntusu hesab olunur. Üstəlik, terrorizmin maliyyə mən­bəyi kimi dünyanın təhlükəsizliyinə ciddi təhdiddir. Heç bir cinayət, ələlxüsus da, mütəşəkkil cinayətkarlıq cəzasız qalmır. Vaxt gələr, Tehran və İrəvan törətdikləri bəşəri cinayətlərə görə cəzalarını da bir yerdə, “qardaş” kimi çəkərlər, inşallah!

 

Züriyə QARAYEVA,

politoloq

– İran dünyada narkoticarət sahə­sində öndə olan ölkələr siyahısındadır. Bu ölkə narkotrafikin şah damarı he­sab olunur. Əslində bu yol Əfqanıstan­dan başlayıb Avropada bitir. Həmin xətt üzərində yerləşən ölkələrin araşdırma­ları bizə deməyə əsas verir ki, İran bu yolda əsas “keçid məntəqəsi”dir. BMT statistikasına görə, Əfqanıstanda is­tehsal olunan narkotik məhsulların ya­rıya qədəri dünyaya məhz bu ölkədən paylanır. İranın başqa ölkələrdə terror qruplaşmalarını hansı gəlirlərlə təmin etdiyi də anlaşılmış olur. Azərbaycana iranlı narkotacirlərin ayaq açması ilə bağlı kifayət qədər fakt var və buna qarşı ciddi tədbirlər görülüb. 

Burada anlaşılan digər məqam İranın məhz Azərbaycanın ərazi bü­tövlüyünü təmin etməsindən sonra qıcıqlanmasına cavab tapmağımız­dır. Ölkəmiz İslam Respublikası ilə 130 kilometrlik sərhəd xəttini bərpa etməklə Tehranın çirkli gəlir yollarını da bağlamış olub. Çünki tranzit marş­rutu içərisində işğal altındakı Qarabağ əsas bölgə olub. Qarabağdan ötürücü zona kimi istifadə edən molla rejimi, həmçinin Qubadlı və Zəngilanda nar­ko-plantasiyalar yaradıb. Hətta Zəngi­lanla İran İslam Respublikası arasında narko-kartellərin fəaliyyəti üçün gizli yeraltı tunelin çəkilməsi barədə Azər­baycanın aidiyyəti orqanlarında ki­fayət qədər məlumat var. Müharibənin başlaması ilə bu narkotranzit yolu İra­nın üzünə bağlandı. Bu gün Tehranın İrəvanı cidd-cəhdlə dəstəkləməsi həm də bu amillə bağlıdır. İran indi də sakit dayanmayıb. 2021-ci il 20 sentyabr tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Biləsuvar gömrük postunda Azərbay­can ərazisindən tranzit keçməklə İran­dan Latviyaya “yük” aparan İİR vətən­daşının maşınından 527 kiloqramdan çox narkotik vasitə aşkar edildi. İslam pərdəsinə bürünən molla rejiminin əsl xisləti budur...

İmran BƏDİRXANLI, “Xalq qəzeti”

6-2.jpg

Siyasət