Manamada Parlament Dəstək Qrupu yaradılıb

post-img

Bugünlərdə Bəhreyn Krallığının paytaxtı Manama şəhərində keçirilən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 2-ci konfransında mühüm qərarlar qəbul olunub. Milli Məclisin və QH Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovanın sədrliyi ilə keçirilən konfransda 20-dən çox ölkənin parlament rəhbəri, 60-dan çox heyət olmaqla, ümumilikdə, 300-dən artıq nümayəndə iştirak edib. Konfrans bir sıra mühüm sənədlərin qəbulu ilə yadda qalıb. 

Konfransın əsas nəticələrindən biri Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin cari il mart ayının 2-də Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə təmas qrupunun Zir­və görüşündə irəli sürdüyü təşəbbüslə­rin dəstəklənməsi məqsədilə Parlament Dəstək Qrupunun yaradılması barədə qərarın qəbul edilməsi oldu.

Konfransın yekun sənədi kimi qəbul olunmuş Manama Bəyannaməsi isə üzv parlamentlərin müasir dövrün çağırışları, həmçinin əməkdaşlıq imkanlarına, Qoşul­mama Hərəkatı Parlament Şəbəkəsinin hazırkı və gələcək fəaliyyət prioritetlərinə dair vahid mövqeyini əks etdirir. 

Tədbirdə “Qoşulmama Hərəkatı Parla­ment Şəbəkəsində beynəlxalq parlament təşkilatlarına müşahidəçi statusunun ve­rilməsi haqqında” qərar da qəbul olunub.

 

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

Son xəbərlər