Milli Məclisin nümayəndə heyəti Tbilisidə Ulu Öndərin abidəsini ziyarət edib

post-img

Gürcüstanda rəsmi səfərdə olan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, komitə sədrinin müavini Sevinc Fətəliyeva, üzvləri Nigar Arpadarai və Nəsib Məhəməliyev martın 6-da Tbilisidəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, parlament nümayəndə heyətini ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər müşayiət edirlər.

Qeyd edək ki, martın 6-7-də Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşü keçiriləcək.

Görüşdə regional əməkdaşlıq, parlamentlərarası münasibətlərin inkişafı və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində deputatların Gürcüstan parlamentində və Xarici İşlər Nazirliyində də bir sıra görüşləri nəzərdə tutulur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi



Siyasət