Ermənistanda Beynəlxalq Məhkəmənin qərarları təhrif olunur

post-img

Hüquqi məsələlər, zənnimizcə, riyaziyyat qədər dəqiqlik sevir. Burada saxtakarlığa, təhrifə yol verilməməlidir. Buna gedilirsə, hesab edirik ki, hətta cinayət məsuliyyəti də yarada bilər. Ancaq hadisələrin gedişindən görünür ki, erməni hüquqşünaslarına belə sivil yanaşmanın heç bir dəxli yoxdur. Onlar məhkəmə qərarlarını öz istədikləri kimi interpretasiya edə, düzəliş verə, baş-ayaq göstərə bilirlər. Ən acınacaqlısı da budur ki, qonşu ölkəni işğal etmiş, işğal altındakı ərazini viran qoymuş Ermənistan hakimiyyətinə qarşı heç bir cəza tətbiq olunmadığı kimi, erməni hüquqşünasları da məsuliyyətdən yayınırlar. Qalır bircə təəssüflənmək...

Dünən Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeqişe Kirakosyan BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycan və Er­mənistan tərəfindən təqdim olunmuş mü­vəqqəti tədbirlərin tətbiqi haqqında qərarı­nı çox rahatlıqla təhrif edib, hətta bu təhrifi heç bir məsuliyyət hiss etmədən mətbuat konfransında səsləndirə bilib. 

Kirakosyan bildirib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan əlavə, Azərbaycanın üzərinə Beynəlxalq Məhkəmə tərəfindən də Laçın yolunda gediş-gəlişin maneəsiz təmin olunması ilə bağlı öhdəlik qoyulub. Guya məhkəmə Azərbaycanın üzərinə belə bir öhdəlik qoyduğundan komissiya yaradıb Laçın dəhlizinə göndəriləcək ki, bu­rada qərarın yerinə yetirilib-ye­tirilmədiyinə nəzarət etsin. Ya da məhkəmə, Kirakosyanın fikrincə, fakt toplanması üzrə missiya da göndərə bilər.

Bu da bəs etmirmiş kimi, “hüquqşünas” daha da irəli ge­dərək bildirir ki, indi 10-15 döv­lət, yaxud beynəlxalq təşkilat Azərbaycanın yolu açmasını tələb etməlidir. Bu, artıq yax­şı nəticə olacaq. Yəni, sübut edilmiş olacaq ki, Azərbaycan yolu bağlayıb. Və Ermənistan bu çağırışları sübut kimi məh­kəməyə təqdim edəcək. 

Düşmənçilik, nifrət hissi bu insanların gözünü necə tutubsa, mənasız şeylərlə, yalanlarla özlərinə haqq qazandırmağa çalışırlar. Amma faktiki olaraq, məhkəmə­nin qərarında belə bir şey yoxdur. Qərar­da yolun bağlı olduğu barədə bir ifadə belə göstərilmir. Və Laçın-Xankəndi yolu, həqiqətən də bağlı deyil. Bu yolla hər gün sülhməramlıların, BQXK-nın maşınları qoyduğundan, mülki ermənilər keçirlər. Sadəcə, silah-sursat, mina daşınmır. Bu halda “hüquqşünas” Kirakosyan hansı sü­butlardan danışır, məlum deyil...

 

Rasim MUSABƏYOV, 
Milli Məclisin deputatı 

 

Erməni hüquqşü­nası böyük səhv edir, sadəcə, özünün arzu­larını dilə gətirir. Bu nə deməkdir ki, hansısa komissiya gəlib Azər­baycanı yoxlayacaq, yaxud kimsə Azərbay­cana hansısa missiya göndərəcək. Bütün bunlar erməni hüquqşü­nasın məkrli niyyətləri­dir. Dediklərini o, özündən uydurur.

Azərbaycan tərəfinin qəti tələbi nəticəsində konkret ola­raq, Ruben Vardanyan Qarabağdan rədd ediləndən sonra Qarabağ ermənilərinin nümayəndələri ilə orada dialoq təşkil olunub. Danışıqlar nəticəsində razılaşma əldə edilib ki, er­mənilər gedib qaz borusunda lazımi təmir işlərini görsünlər. Eyni zamanda, elektrik xətlərində təmir işləri aparmaq lazım­dır. 

Bundan əlavə, Laçın yolunun bağlanması məsələsi. Axı bu yol ermənilərin uydurub dünyaya təqdim etdikləri kimi, bağlı deyil. Həmin yoldan, bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, təkcə Rusiya sülh­məramlılarına məxsus 2500-dən çox avtomobil keçib. Rus hərbçilərindən əlavə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəqliyyat vasitələri də həmin yolda maneəsiz hərəkət edirlər. 

Ona görə ermənilər özləri üçün nə uydururlar, qoy uydur­sunlar. Azərbaycanın icazəsi olmadan oraya heç bir komis­siya ayaq basa bilməz. Hesab edirəm ki, bu kimi mənasız məsələləri ətraflı şərh etməyə də ehtiyac yoxdur. 

Sadəcə, biryolluq hamı başa düşməlidir ki, haqqında da­nışılan o yol gediş-gəliş üçün açıqdır. Ermənilər, o cümlədən, hüquqşünas Yeqişe Kirakosyan hoqqabazlıqla məşğuldur. 

Hazırda Rusiya sülhməramlılarının rəhbərliyi ilə də da­nışıqlar gedir. Azərbaycanlıların tələblərinə əməl olunduğu halda bizim vətəndaş cəmiyyəti fəallarının aksiyası başa çatacaq.

 

Fikrət SADIQOV, 
politoloq

 

Ermənistan Beynəlxalq Məhkəmənin qərarını tam mənası ilə təhrif et­mək istəyir və bunu bey­nəlxalq arenaya təqdim etməklə, Azərbaycanı ye­nidən Laçın yolunu bağla­maqda günahlandırmağa çalışır. Birinci növbədə, qeyd etməliyik ki, məhkəmənin qəra­rında yolun bağlanması ilə bağlı heç bir fikir yoxdur. Qərarda heç yolun Azərbaycan tərəfindən bağlandığı barədə də heç nə deyilmir. Erməni tərəfi onu da başa düşmür ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda yazılıb ki, Azərbaycan La­çın yolu ilə hər iki istiqamətdə hərəkətin təhlükəsizliyini təmin edir. Ancaq Azərbaycanın hərəkətin təhlükəsizliyini təmin et­məsi heç də o demək deyil ki, erməni tərəfi bundan sui-istifa­də etməlidir və bütün qayda-qanunları pozmaqla faktiki olaraq orada bizə təhlükə yaratmalıdır. 

Eyni zamanda, məhkəmənin qərarında deyilməyib ki, Azərbaycan maneəsiz hərəkətin təmin olunmasına məsuliy­yət daşıyır və yaxud bunu mütləq məcburi şəkildə etməlidir. Bunun əvəzində, başqa bir ifadə işlədilir. Yazılıb ki, Azərbay­can öz tərəfindən bütün vasitələrdən istifadə edir və edəcək. Bax, bu, Ermənistanın tələblərindən tamamilə fərqlənir. 

Məhkəmə öz qərarında nəzərə alıb ki, Azərbaycan imka­nında olan bütün vasitələrdən istifadə edərək üçtərəfli Bəya­natın Laçın yolu ilə bağlı hissəsinin yerinə yetirilməsində bir qarant kimi çıxış edəcək. Bütün bunları nəzərə alaraq Azər­baycan təklif edib ki, Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqələri də yaradılsın. Bu da, təbii ki, şəffaflığın artırılmasına təminat kimi qəbul oluna bilər. 

Ermənistan isə bunu da rədd etdi, razılaşmadı. Mən dü­şünmürəm ki, Kirakosyanın sərgilədiyi bu mövqe ilə Bey­nəlxalq Məhkəmə razılaşacaq. Amma hər halda kim istəsə, gəlib Laçın yolundakı vəziyyəti müşahidə edə bilər. Yəni ora­da kifayət qədər şəffaf bir vəziyyətdir. Ekofəalları oraya heç kəs göndərməyib, bu, onların könüllü istəyidir. Biz öz torpaq­larımızda dayanmışıq və tələblərimiz də tam mənada qanuna uyğundur.

 

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

 

 





Siyasət