Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Aydın Zöhrab oğlu Kərimov Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilsin.
2. “Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 yanvar tarixli 2460 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 76 (Cild I) ləğv edilsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 aprel 2024-cü il