Azərbaycan Respublikası Prezidentinin Fərmanı

post-img

Azərbaycan Respublikası Prezidentinin “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 30 iyul tarixli 1119 nömrəli, “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” 2021-ci il 22 iyun tarixli 1375 nömrəli, “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1756 nömrəli, “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1757 nömrəli, “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2023-cü il 26 may tarixli 2151 nömrəli və “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 899 (Cild I) ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 45-ci hissədə “Qarabağ İqtisadi Rayonunda” sözləri “Ağdam, Füzuli və Xocavənd rayonlarında” sözləri ilə əvəz edilsin;

1.2. 46-cı hissədə “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı” sözləri “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında” sözləri ilə əvəz edilsin;

1.3. 47-ci hissədə “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı” sözləri “Laçın rayonunda” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6 (I kitab), maddə 590 (Cild I) ilə təsdiq edilmiş “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nin 4.7.4-cü yarımbəndi aşağıdakı redaksiyada verilsin:

“4.7.4. İdarənin strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək, o cümlədən İdarənin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;”.

3. “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 iyul tarixli 1756 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 745 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

3.1. adında, 1-ci və 2-ci hissələrdə “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı” sözləri “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında” sözləri ilə əvəz edilsin;

3.2. 3.1-ci bənddə “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı” sözləri “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında” sözləri ilə, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına” sözləri “adları çəkilən rayonlara” sözləri ilə əvəz edilsin;

3.3. həmin Fərmanla təsdiq edilmiş “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi” üzrə:

3.3.1. adında “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı” sözləri “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında” sözləri ilə əvəz edilsin;

3.3.2. 1.1-ci bənddə “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı” sözləri “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında” sözləri ilə, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına” sözləri “adları çəkilən rayonlara” sözləri ilə əvəz edilsin;

3.3.3. 4.7.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“4.7.4. Xidmətin strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək, o cümlədən Xidmətin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;”.

4. “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 iyul tarixli 1757 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 746 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

4.1. adında, 1-ci və 2-ci hissələrdə “Qarabağ İqtisadi Rayonunda” sözləri “Ağdam, Füzuli və Xocavənd rayonlarında” sözləri ilə əvəz edilsin;

4.2. 3.1-ci bənddə “Qarabağ İqtisadi Rayonunda” sözləri “Ağdam, Füzuli və Xocavənd rayonlarında” sözləri ilə, “Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərə (Şuşa rayonu istisna olmaqla)” sözləri “adları çəkilən rayonlara” sözləri ilə əvəz edilsin;

4.3. həmin Fərmanla təsdiq edilmiş “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi” üzrə:

4.3.1. adında “Qarabağ İqtisadi Rayonunda” sözləri “Ağdam, Füzuli və Xocavənd rayonlarında” sözləri ilə əvəz edilsin;

4.3.2. 1.1-ci bənddə “Qarabağ İqtisadi Rayonunda” sözləri “Ağdam, Füzuli və Xocavənd rayonlarında” sözləri ilə, “Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərə (Şuşa rayonu istisna olmaqla)” sözləri “adları çəkilən rayonlara” sözləri ilə əvəz edilsin;

4.3.3. 4.7.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“4.7.4. Xidmətin strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək, o cümlədən Xidmətin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;”.

5. “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 may tarixli 2151 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 5, maddə 655 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

5.1. adında, 1-ci, 2-ci hissələrdə və 3.1-ci bənddə “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı” sözləri “Laçın rayonunda” sözləri ilə əvəz edilsin;

5.2. həmin Fərmanla təsdiq edilmiş “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi” üzrə:

5.2.1. adında və 1.1-ci bənddə “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı” sözləri “Laçın rayonunda” sözləri ilə əvəz edilsin;

5.2.2. 4.7.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“4.7.4. Xidmətin strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək, o cümlədən Xidmətin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;”.

6. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 12 (I kitab), maddə 1685 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

6.1. 1.11.7.25-ci yarımbənddə “Qarabağ İqtisadi Rayonunda” sözləri “Ağdam, Füzuli və Xocavənd rayonlarında” sözləri ilə əvəz edilsin;

6.2. 1.11.7.26-cı yarımbənddə “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı” sözləri “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında” sözləri ilə əvəz edilsin;

6.3. 1.11.7.27-ci yarımbənddə “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı” sözləri “Laçın rayonunda” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 aprel 2024-cü il

Fərmanlar