Qızılcaya yoluxma halları azalmağa doğru gedir

post-img

Qızılcaya yoluxma halları azalmağa doğru gedir. Çünki əks-epidemik tədbirlər yüksək səviyyədə həyata keçirilir.

Bunu açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

"Xəstələrin vaxtında aşkarlanması, aşkarlanan xəstələr haqqında məlumatların vaxtında ərazi Gigiyena və Epidemiologiya mərkəzlərinə verilməsi, xəstələrin ev şəraitində izolyasiya olunması, bir qədər ağır xəstələrin hospitalizasiya olunması, təmaslar üzərində tibbi müşahidənin aparılması, onlar arasında yoluxanların aşkarlanması və əhalinin peyvəndə müraciətlərində artımın olması nəticəsində ölkədə epidemioloji durum stabildir".

Səhiyyə