Xarici ticarət iştirakçıları ilə görüş keçirilib

post-img

Tovuz Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə görüş keçirilib.

XQ xəbər verir ki, görüşdə gömrük orqanlarına müraciət formaları üzrə tətbiq edilən yeniliklərə dair təqdimat nümayiş etdirilib, bu sahədə mövcud normativ hüquqi aktların tələbləri barədə məlumat verilib, həmçinin “Özünet” platforması üzərindən bu formalar nəzəri və praktiki şəkildə izah olunub.

Görüş çərçivəsində idxal-ixrac əməliyyatları zamanı qarşıya çıxan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib, suallar cavablandırılıb.



Sosial həyat