Çində dünyanın ən performanslı superkompüteri işə salınıb

post-img

Çinin Quançjou şəhərində yerləşən Milli Superkompüter Mərkəzinin mütəxəssisləri ölkənin superkompüterini işə salıblar. “Tianhe Xingyi” adlandırılan  superkompüterin dünyanın ən performanslı texnologiyası olduğu iddia edilir. 

Superkompüterdə neçə prosessorun olduğu bilinmir. Lakin məlumdur ki, onun maksimal performans göstəricisi 1.7 EFLOPS (ekzaflops) təşkil edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, dünyanın ən sürətli superkompüteri mövzusunda daha öncəki rekord “Frontier” adlandırılmış superkompüterə məxsusdur və onun maksimal performans göstəricisi 1.194 EFLOPS təşkil edir.

Mütəxəssislərin bir qismi bu qənaətdədirlər ki, bu superkompüterin mərkəzi prosessoru enerji effektivliyi baxımdan digərlərindən geridə qalır. Ehtimal olunur ki, kompüterin prosessoru Çində istehsal edilmir.  

 

Rizvan FİKRƏTOĞLU

XQ

 

İKT