ABŞ-da etiraf edirlər ki, Ukrayna milləti yox olub

post-img

NATO və ABŞ-ın təhrik etdiyi münaqişə nəticəsində Ukrayna xalqı, demək olar ki, tamamilə yox olub. Bu fikri Pentaqonun keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor deyib.

“Rusiya Prezidenti Vladimir Putin ABŞ və NATO ilə münaqişədən qaçmaq üçün mümkün olan hər şeyi etdi və biz də onu təhrik etmək üçün mümkün olan hər şeyi etdik. İndi Ukrayna milləti faktiki olaraq ölüb, komadadır”, - o, dekabrın 21-də X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O qeyd edib ki, “14 milyondan çox dinc sakin Ukraynadan qaçıb, 500 mindən çox insan həlak olub”.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər