Erməni spiker: Azərbaycanla sülh müqaviləsi imzalana, sərhədlər sonraya saxlanıla bilər

post-img

Ermənistan parlamentinin spikeri Alen Simonyan iki ölkə arasında sülh müqaviləsi imzaladıqdan sonra Azərbaycanla sərhədlərin müəyyən edilməsi məsələsinə ayrıca baxıla biləcəyini bildirib. 

“Caliber” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Alen Simonyan deyib ki, əgər iki ölkə sülh planını hazırlayırlarsa, normallaşmada maraqlıdırlarsa, sərhəd məsələsi sonrakı mərhələdə həll edilməlidir. 

Erməni spiker hesab edir ki, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi illərlə davam edə bilər və sülh müqaviləsi bağlanandan sonra bu məsələnin həllinə başlanıla bilər.

 

Rizvan FİKRƏTOĞLU

XQ

 

Siyasət