Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC TƏKLİFLƏR SORĞUSU ELAN EDİR

post-img

Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC

“31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar paytaxt ərazisində bayram tərtibatı işlərinin aparılması üçün malların, işlərin və xidmətlərin satın alınması” məqsədilə

TƏKLİFLƏR SORĞUSU ELAN EDİR

Lot – 1. “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar pay­taxt ərazisində bayram tərtibatı işlərinin aparılması üçün malların, işlərin və xidmətlərin satın alınması” satın alınması.

Təkliflər sorğusu iştirakçılarına təklif olunur ki,öz təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərf­lərdə yazılı surətdə, həmcinin portal vasitəsilə təq­dim etsinlər. 

Müqaviləni yerinə yetirmək üçün prosedur işti­rakçıları lazımi texniki və maliyyə imkanlarına ma­lik olmalıdırlar.Təkliflər sorğusunda iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqı­nı göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini təqdim edə bilərlər. (əlaqələndirici şəxs: Əhməd Məmmədov, 496-52-05). 

İştirak haqqı 100,00 manatdır. 

İştirak haqqı heç bir halda qeri qaytarılmır. 

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba kö­çürməlidirlər: 

Təşkilat-Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti

H/h- AZ22IBAZ38030019446253269215 

VÖEN-1702563281 

Kod- 805625

VÖEN- 9900001881 

M/h- AZ03NABZ01350100000000002944 

SWİFT-IBAZAZ2X

Malgöndərənlər (podratçılar) tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 

1. Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri. 

2. Tender təklifinin qüvvədə olma müddəti zərflə­rin açılış tarixindən sonra azı 30 bank günü qüvvədə olmalıdır.

3. Tender təklifinin təminatı tender təklifinin qü­vvədə olma müddətindən sonra azı 30 bank günü qüvvədə olmalıdır.

4. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı. 

5. Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış. 

6. Azərbaycan Respublikasında vergilərə və di­gər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keç­miş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyi­cisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış.

7. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə he­sabatının surəti. 

8. İddaiaçının mikro, kiçik və orta sahibkarlıq me­yarlarına uyğun olması haqqında sənəd (Statistika Komitəsindən.)

9. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ix­tisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onla­rın müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd.

10. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti ol­ması barədə sənəd.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki təkliflər sorğusu sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar təkliflər sorğusu ilə bağlı sualları satınalan təşkilata ünvanlaya bilər­lər. Təkliflər sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar öz təkliflərini əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun hazırlamalı, təkliflər sorğusunda iştirak üçün sənədləri qapalı, ayrı-ayrı möhürlənib imzalanmış ikiqat zərflərdə 18 dekabr 2023-cü il saat 17.00-dək Bakı şəhəri, Xətai rayo­nu, Nəcəfqulu Rəfiyev küçəsi 17 nömrəli ünvana (əlaqələndirici şəxs – Əhməd Məmmədova, tele­fon- (012) 496-52-05) təqdim etməlidirlər. Həmçinin portal vasitəsilə də təqdim olunmalıdır. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 

İddiaçıların təklifləri 19 dekabr 2023-cü il saat 11.00-da Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfi­yev küçəsi, 17 nömrəli ünvanda açılcaqdır.

Tender komissiyası

Reklam və elan