“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti TENDER ELAN EDİR

post-img

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin

Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti 

“Ağcabədi rayonunun Yeni Qaradolaq, Qaradolaq, Avşar və digər kəndlərinin əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması” obyektinin tikintisi işlərinin təkliflər sorğusu üsulu ilə satın alınması məqsədilə

TENDER ELAN EDİR

Əlaqələndirici şəxs - Qulam Aslanov. 

Satınalan təşkilatın ünvanı - Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 69a.

Əlaqələndirici şəxsin E-mail: [email protected]

Əlaqə nömrəsi - (012) 431 08 64.

Satınalma predmetinin adı - “Ağcabədi rayonunun Yeni Qaradolaq, Qaradolaq, Avşar və digər kəndlərinin əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması”

Ünvan - Ağcabədi rayonunun inzibati ərazisndə rayon mərkəzindən 15 kilometr cənubda 

İşlərin qısa təsviri - Layihənin məqsədi Ağcabədi rayonunun Xanqı­zı kanalının zonasında yerləşən Yeni Qaradolaq, Qaradolaq, Avşar və digər kəndlərinin 14000 hektar əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün su mənbəyi Yuxarı Qarabağ kanalı qəbul etməklə sugötürmə qabiliyyəti 3,08 m3/san olan sugötürən qur­ğu, məhsuldarlığı 830 l/san olan 4 aqreqatlı mərkəzdənqaçma nasosu, gücü 800 kVt olan 4 ədəd elektrik mühərriki, uzunluğu 10532 pm, o cümlədən: 1620x12mm- 6500 pm və 1420x10 mm- 4032 pm olan polad basqılı boru, boru kəməri üzərində müxtəlif tipli qurğular tikilməklə Yeni Xanqızı kanalını qidalandırmaqdan ibarətdir.

İşlərin yerinə yetirilmə müddəti 20 aydır.

Tender təkliflərinin qiymətləndirməsi meyarları - tender təklifinin ödəniş şərti 10 baldır.

İddiaçı bağlanacaq satınalma müqaviləsinin yerinə yetirilməsi üçün avans ödənişi tələb etmədiyi halda bu meyar üzrə müəyyən olunmuş maksimal 10 bal alacaqdır.İddiaçı tender təklifində 30 faizdən artıq avans ödənişi tələb edərsə, o zaman həmin iddiaçının tender təklifi kə­narlaşdırılacaqdır. 30 faiz və daha az avans ödənişi tələb olunan tender təklifinin bu meyar üzrə alacağı bal aşağıdakı düstur əsasında hesab­lanacaq, (30 – X)/30x10 X - tender təklifində iddiaçı tərəfindən tələb olunan avans ödənişinin müqavilə qiymətinə nisbətdə faizi.

Qiymət təklifi 90 baldır.

Satınalma müqaviləsinin icrasını təmin etmək üçün tender iştirak­çıları lazımi kadr və maliyyə imkanları ilə yanaşı, aşağıdakı meyarlar üzrə ixtisas göstəricilərinə, təcrübəyə, səriştəyə və etibarlılığa malik ol­malıdırlar:

• iddiaçının son 10 (on) ildə meliorasiya və su təsərrüfatı obyekt­lərinin tikintisi üzrə apardığı işlər tərkibində müxtəlif suburaxma qabi­liyyətinə malik sugötürən qurğunun, nasos stansiyasının, basqılı boru kəmərinin və onlar üzərində tikilən müxtəlif növ qurğuların tikintisi və təmir-bərpası üçün orta illik dövriyyəsi 3 (üç) milyon manatdan az ol­mamalıdır;

• iddiaçı son 10 (on) il ərzində respublika ərazisində meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi üzrə apardığı işlər tərkibində əsas podratçı kimi suburaxma qabiliyyəti 3 m3/saniyədən az olmayan nasos stansiyasının, basqılı boru kəmərinin və onlar üzərindəki müxtəlif növ qurğuların tikintisi və ya əsaslı təmiri -bərpası təcrübəsinə malik olmalı və həmin işlərə dair ən azı bir obyekt üzrə işbitirməni təsdiq edən sənəd­ləri təqdim etməlidir;

• satınalma müqaviləsinin icrasına yönəltmək məqsədilə iddiaçının malik olduğu sərbəst maliyyə resurslarının və ya bankın zamin olduğu kreditin minimum məbləği 2,0 (iki milyon) manatdan az olmamalıdır.

İştirak haqqı 5500 (beş min beş yüz manat) manatdır. 

İddiaçılar tenderdə iştirak haqqını satınalan təşkilata Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin aşağıda göstərilən hesabına ödəməlidirlər:

VÖEN - 1300300711,

Kod - 805562

H/h - AZ 10 IBAZ 38070019449716100216, 

“Azərbaycan Beynəlxalq Bankı”nın Yasamal filialı

M/h - AZ03NABZ01350100000000002944,

VÖEN - 9900001881, 

SWIFT - IBAZAZ2Х (AZIPS-in üzvü)

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etmə­lidirlər.

1. Tender təklifi, təkliflərin açıldığı gündən sonra ən azı 45 bank günü qüvvədə olmalıdır. 

Tender təklifi Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki ten­der təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

2. Tender təklifi qiymətinin 1 faizi məbləğində tender təklifinin tə­minatı 

(bank zəmanəti, tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox qüvvədə olmalıdır (bank tərəfindən təqdim edilməlidir).

3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş və­zifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış.

(vergi xidməti tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olmalı, sənədin əslinin və ya notarial təsdiq edilmiş surətinin təqdim edilməsi zəruridir);

4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfin­dən təsdiq olunmuş maliyyə hesabatının surəti.

(son maliyyə dövrünə olan məlumatı əks etdirməsi və sənədin əs­linin və ya notarial təsdiq edilmiş surətinin təqdim edilməsi zəruridir);

5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.

(bank tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olmalı, sənədin əslinin və ya notarial təsdiq edilmiş surətinin təqdim edil­məsi zəruridir);

6. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi və qeydiyyat­dan keçdiyi ölkə. 

(kommersiya və hüquqi şəxslərin dövlət qeydiyyatı reyestrindən çıxarış iddiaçı tərəfindən təqdim edilməli, nizamnamənin, dövlət reyest­rindən çıxarışın və şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinin təqdim edilməsi zəruridir);

7. Rekvizitlər. (iddiaçının və ya bankın imzası və möhürü ilə təsdiq edilməsi zəruridir);

8. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliy­yətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstə­ricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olun­maması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd. (DİN və ya Asan xidmət tərəfindən təqdim edilməli, sənədin əslinin və ya notarial təsdiq edilmiş surətinin təqdim edilməsi zəruridir); 

Sənədin verilmə tarixi elan dərc edilən aydan etibarən olmalıdır. 2023-cü il noyabr ayından. 

9. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommer­siya fəaliyyəti dayandırılmış şəxs olmaması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd.

(vergi xidməti tərəfindən təqdim edilməli, cari rübü əhatə etməli, sənədin əslinin və ya notarial təsdiq olunmuş surətinin təqdim edilməsi zəruridir);

10. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığının olması. (müsa­biqənin əsas şərtlər toplusu bölmə №3 13.3.8 bəndinə və bölmə №7 qoşma №7-yə əsasən iddiaçı tərəfindən təqdim edilməlidir);

11. İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektlərinin me­yarlarına uyğun olması. (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilməli, sənədin əslinin və ya notarial təs­diq edilmiş surətinin təqdim edilməsi zəruridir); Sənədin qüvvədə olma müddəti “Tələb olunan sənədlərin son təqdim olunma tarixini əhatə et­məlidir”.

12. İddiaçının müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçiril­məsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisen­ziyaya və ya icazəyə malik olması. (Azərbaycan Respublikasının İqtisa­diyyat Nazirliyi tərəfindən təqdim edilməli sənədin əslinin və ya notarial təsdiq edilmiş surətinin təqdim edilməsi zəruridir);

13. Satınalma müqaviləsini bağlamaq səlahəyyətinin olması. (imza səlahiyyəti olan şəxsin (əgər təsisçi direktor deyilsə) əmri, sənədin əs­linin və ya notarial təsdiq edilmiş surətinin təqdim edilməsi zəruridir);

İddiaçının ixtisas göstəriciləri əsas şərtlər toplusunun 3-cü “əsas şərtlər toplusunun məlumat xəritəsi” bölməsinin 13.3.8-ci bəndində ve­rilmiş tələblərə uyğun gəlməlidir. İxtisas göstəriciləri haqqında məlumat əsas şərtlər toplusunun 8-ci “standart formalar” bölməsinin 7-ci “pod­ratçının ixtisas göstəriciləri haqqında məlumat” qoşmasında göstərilmiş forma və qaydada təqdim olunmalıdır.

İddiaçılar təkliflər sorğusu ilə bağlı sualları satınalan təşkilata ün­vanlaya bilərlər. Təkliflər sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcək­dir. İddiaçılar öz təkliflərini əsas şərtlər toplusunda göstərilən müddəala­ra uyğun hazırlamalı, təkliflər sorğusunda iştirak üçün sənədləri qapalı, möhürlənib imzalanmış ayrı-ayrı ikiqat zərflərdə 23 noyabr 2023-cü il saat 17.00-dək Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 69a nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olu­nan zərflər açılmadan geri qaytarılacaqdır. 

İddiaçıların təklifləri 24 noyabr 2023-cü il saat 15.00-da açılacaqdır.

Tender komissiyası

Reklam və elan