“Azərişıq” ASC AÇIQ TENDER ELAN EDİR

post-img

“Azərişıq” ASC 

“Kəlbəcərin İstisu qəsəbəsi ərazisində yeni 110/35 kV-luq 2x40 MVA gücündə yarımstansiyanın tikintisi və avadanlıqların quraşdırılması” işlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) LOT üzrə keçirilir: 

LOT-1 “Azərişıq”ASC “Kəlbəcər İstisu qəsəbəsi ərazisində yeni 110/35 kV-luq 2x40 MVA gücündə yarımstansiyanın tikintisi və avadanlıqların quraşdırılması” işlərinin satın alınması – 1500 manat

“Azərişıq” ASC

Hesab No: AZ83AIIB33020029441802068118

VÖEN: 9900069391

Benefisiarın Bankı: Kapital Bankın Gənclik filialı

Kod: 200189

VÖEN: 9900003611

Müxbir hesab No: AZ37NABZ01350100000000001944 

SWIFT Code: AIIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Əlaqələndirici şəxs: Namik Heybətov

Əlaqə telefonu (şəhər): 012 440 39 93 (daxili 92-19) 

Elektron poçt: [email protected]

Ünvan: Bakı şəhəri, M.Əliyev küçəsi 130, AZ1009

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şə­kildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. 

Tenderdə iştirak etmək istəyənlər lot üzrə göstərilən məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusu­nu Bakı şəhəri, Mirzağa Əliyev küçəsi 130 ünvanında yerləşən “Azərişıq” ASC-nin inzibati binasından ala bilərlər.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tenderdə iştirak etmək üçün yazılı müraciət

2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi

3. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə; (sənəd­lərin təsdiqi tender elanı tarixindən sonra Notarial qaydada təsdiq olunması zəruridir.)

4. İddiaçının VÖEN-i, bank rekvizitləri, ünvanı, dövlət reyestrindən çıxarış; (sənədlərin təsdiqi tender elanı tarixindən sonra Notarial qaydada təsdiq olunması zəruridir.)

5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yeti­rilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; (sənədlərin təsdiqi tender elanı tarixindən sonra Notarial qaydada təsdiq olunması zəru­ridir.)

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

7. İddiaçının yüklülük haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş arayış;

8. İddiaçının mikro, kiçik , orta və ya iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı sənəd;

9. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı ((əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki); 

10. İddiaçının son 3(üç) illik və ya fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, yerinə ye­tirdiyi böyük cari işlər və müqavilələr barədə məlumatlar, analoji işlərdə təcrübəsi haqqında məlumat; 

11. İddiaçının satınalma müqaviləsinin icrasını təmin etmək üçün sözü gedən sahədə peşəkarlığının, iş təcrübəsinin, texniki və maliyyə imkanlarının, elktrik mühəndislərin əmək müqavilələrinin, işçi qüvvəsinin, idarəetmə səriştəsinin olmağı vacibdir. Bununla yanaşı “PODRATÇI” son üç ildə elektrik stansiyalarının, xüsusilə 110kV-luq yarımstansiyaların, elektrik verilişi xəttlərinin tikintisi və yenidənqurulması üzrə hər birinin ümumi məbləği 5 milyon AZN-dən az olmamaq şərtilə ən azı 3 oxşar layihənin icrasını başa vurmuş olmalı və təsdiqedici sənədləri təqdim etməlidir.

12. Müvafiq lisenziya və icazələr. 

13. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə iş­lərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məh­kum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;

14. Rəhbər şəxs və ya şəxslərin təyin olunması haqqında sənəd (Əmr)

15. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olma­lıdır)

16. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır)

Sənədlər Azərbaycan dilində 2 (iki) nüsxədə (1 ədəd əsli və 1 ədəd surəti) tərtib olun­malıdır (xarici dildə tərtib olunan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanunu­na uyğun olaraq həyata keçiriləcəkdir (www.tender.gov.az).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 29.11.2023-cü il saat 15:00-a qədər, ixtisas uyğunluğu pro­sedurunu keçmiş iddiaçılar isə tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərf­də 07.12.2023-cü il saat 15:00-a qədər Bakı şəhəri, Mirzağa Əliyev küçəsi 130 ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 08.12.2023-cü il tarixində saat 15:00-da Mirzağa Əliyev küçəsi 130 ünvanında “Azərişıq” ASC-nin inzibati binasında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştitrak edə bilərlər.

“AZƏRİŞİQ” ASC-nin tender komissiyası

Reklam və elan