“Azərsu” Açıq Səhmdar Cəmiyyəti təkliflər sorğusu elan edir

post-img

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti

İsmayıllı rayonunun İvanovka, Uştal, Qalagah, Soltankənd, Hacıhətəmli, Ruşan, Vəng, Mollaisaqlı və Mücühəftəran kəndlərində yaşayan əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması işlərinin satın alınması üçün

Təkliflər sorğusu elan edir

Təkliflər sorğusunun iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şə­kildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçı­ları oxşar təcrübəyə, lazımi maliyyə və texniki imkan­lara malik olmalıdırlar.

Təkliflər sorğusunda iştirak etmək istəyənlər aşa­ğıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba kö­çürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda yerləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin satınalmaların təşkili və müqavilələrin idarə olunması şöbəsindən (əlaqələndirici şəxs - Abı­şev Murad Çingiz oğlundan, telefon: + 99 412 431 47 67/87 – daxili 1087 E-mail: [email protected] və Musayev Məmmədyar Ağa oğlundan, telefon: + 99 412 431 47 67 – daxili 2288, E-mail: [email protected]) ala bilərlər.

İşlərin qısa təsviri:

Su anbarının, su xəttinin tikintisi və digər əlaqə­dar işlər.

Tenderdə iştirak haqqı 500,00 (beş yüz manat) manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat - “Azərsu” Açıq Səhmdar Cəmiyyəti

VÖEN - 9900001751

Bank - “Kapitalbank” ASC-nin 1 saylı Nəsimi fi­lialı

Kod: 200112

VÖEN - 9900003611

Yerli valyutada hesab nömrəsi AZ65AIIB33070019441100216111 

Xarici valyutada hesab nömrəsi AZ55AIIB33170018401100216111 

M/h - AZ37NABZ01350100000000001944

SWIFT AIIBAZ2X

Tender iştirakçıları təkliflər sorğusunda iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak üçün ərizə;

- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 65 bank günü ərzində qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

- tender iştirakçısının tam adı, nizamnaməsi (hüquqi şəxslər üçün), qeydiyyatdan keçdiyi rekvi­zitləri;

- malgöndərənin (podratçının) işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə konkret subpodratçının adı göstərilməklə məlumatlar (əlavə №19);

- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini da­yandırdığı müddət nəzərə alınmadan) vergi ödəyici­sinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;

- iddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması (şəxsin səlahiyyətli olması barədə əmr təqdim edilməlidir);

- öz əmlakından sərbəst və məhdudiyyətsiz isti­fadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə arayış;

- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayan­dırılmış şəxs olmaması barədə arayış (Ədliyyə Na­zirliyindən alınmış müvafiq arayış);

- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ix­tisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onla­rın müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış;

- Azərbaycan Respublikasının dövlət standartla­rına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işlərinin yerinə yetiril­məsi üçün verilmiş xüsusi razılıq (lisenziya) və onun əsasında həyata keçirilməsinə icazə verilən işlərin siyahısı;

- malgöndərənin (podratçının) son bir ildəki fəa­liyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti (vergi orqanının rəsmi blankında və ya elektron sənədin notarial qay­dada təsdiq olunmuş surəti təqdim edilməlidir);

- mühasibat balansları, mənfəət və zərər haqqın­da hesabat;

- kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit hesabatları (əgər varsa);

- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığının olması (son beş il (2018-ci il yanvarın 1-dən – 2022-ci il dekabrın 31-dək) ərzində ümumi məbləği 10 milyon manatdan az olmayan, oxşar işi əhatə edən (oxşarlıq layihə və texniki spesifikasiyalarda təsvir edilən fiziki ölçüyə, mürəkkəbliyə, metodlara, texnoloqiyaya və digər xü­susiyyətlərə əsaslanmalıdır) i baş podratçı kimi ən azı iki sifarişi qənaətbəxş şəkildə icra etməsi haqda məlumat və təsdiqedici sənədlər, son beş il (2018-ci il yanvarın 1-dən – 2022-ci il dekabrın 31-dək) ərzində ən azı 5 milyon manat dövriyyə tələb olu­nur) və TMV-nin 1.6-cı bəndində tələb olunan digər sənədlər. Tenderdə iştirak üçün iki və ya daha artıq tərəfdaş şirkətdən ibarət birgə müəssisə yaratdıqda, TMV-nin 1-ci və 2-ci bəndində tələb olunan sənədlər ən azı bir müəssisə tərəfindən təqdim edilməlidir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (1 əsli və 1 surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Təkliflər sorğusu proseduru “Dövlət satınalma­ları haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun keçiriləcəkdir.

Qeyd olunan sənədlər 28 noyabr 2023-cü il saat 16.00-a kimi tender təklifi ilə birgə Bakı şəhəri, Mos­kva prospekti 67 nömrəli ünvanda yerləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin satınalmaların təşkili və müqavilələrin idarə olunması şöbəsinə təqdim etmə­lidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender iştirakçı­larının təklifləri Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda yerləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətində 29 noyabr 2023-cü il saat 16.00-da açılacaqdır.

Tender iştirakçılarının səlahiyyətli nümayəndələ­ri zərflərin açılışında iştirak edə bilərlər.

Tender komissiyası

Reklam və elan