B İ L D İ R İ Ş

post-img

“Xalq qəzeti”nin 2 noyabr 2023-cü il tarixli nöm­rəsində “Azərişıq” ASC -nin “0.4 kV elektrik xətlə­rində sabit və dəyişən gərginliyi ölçən tək xətt üzrə elektrik axını olan elektron cihazların” satın alın­ması məqsədilə dərc edilmiş açıq tender elanında sənədlərin, bank təminatının təqdim olunması və təkliflərin açılışı tarixi aşağıdakı kimi oxunmalıdır: 

İddiaçılar tenderdə iştirak üçün hüquqi və ixti­sas uyğunluğu sənədlərini (tender təklifi və bank təminatı istisna olmaqla) 14 dekabr 2023-cü il saat 15.00-a, ixtisas uyğunluğu prosedurunu keçmiş iddiaçılar isə tender təklifi və bank təminatını mö­hürlənmiş ikiqat zərfdə 22 dekabr 2023-cü il saat 15.00-a qədər Bakı şəhəri, Mirzağa Əliyev küçəsi 130 nömrəli ünvana təqdim etməlidirlər. Göstə­rilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 25 de­kabr 2023-cü il saat 15.00-da Bakı şəhəri, Mirza­ğa Əliyev küçəsi 130 nömrəli ünvanda “Azərişıq” ASC-nin inzibati binasında açılacaqdır. 

“AZƏRİŞİQ” ASC-nin tender komissiyası

Reklam və elan