Menecment kafedrası üzrə –1 yer
Elan qəzetdə dərc olunduğu gündən bir ay müddətində (şənbə, bazar və bayram günləri istisna olmaqla) sənədlər saat 10.00-dan 17.00-dək Azərbaycan Turizm və Menecment Universitetinin İnsan resursları şöbəsinə təqdim edilməlidir.
Sənədlər [email protected] mail ünvanı vasitəsi ilə elektron qaydada da qəbul edilir.
Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər:
1. Rektorun adına ərizə.
2. Kadrlar uçotunun şəxsi vərəqəsi (4x6 sm ölçüdə fotoşəkillə).
3. Tərcümeyi-hal.
4. Şəxsiyyət vəsiqəsinin surəti.
5. Profilə uyğun ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin təsdiq olunmuş surətləri.
6. Elmi və elmi-metodiki işlərin siyahısı.
7. Dekan və kafedra müdirinin müvafiq struktur bölməsinin inkişafı ilə bağlı platforması.
Telefon- 564-42-33 (daxili - 115).
Ünvan- AZ1072, Bakı şəhəri, K.Rəhimov küçəsi 822/23-cü məhəllə, 103 nömrəli otaq.
Qeyd- namizədin göstəriciləri vəzifə tələblərinə uyğun gəlmədikdə və ya ərizənin verilmə müddəti bitdikdə sənədlərin qəbulundan imtina olunur.
Rektorluq

