“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kommunal təyinatlı maşın və mexanizmlərin satın alınması ilə əlaqədar AÇIQ TENDERƏ DƏVƏT EDİR

post-img

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən malgöndərənlər (podrat­çılar) müəyyən məbləğdə iştirak haqqını göstərilən hesa­ba köçürdükdən sonra müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.

İştirak haqqı 2000 (iki min) manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

H\h- AZ22İBAZ38030019446253269215 

VÖEN- 1702563281 

Bank- “Azərbaycan Beynəlxalq Bankı” ASC

Kod- 805625 

VÖEN- 9900001881 

M/h- AZ03NABZ01350100000000002944 

SWIFT- İBAZAZ2X 

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Satınalma müqaviləsini bağlamaq səlahiyyəti ol­ması (malgöndərənin (podratçının) kommersiya quru­munun dövlət reyestrindən çıxarışının, nizamnaməsinin (hüquqi şəxslər), imza səlahiyyətinin olması (direktor tə­yin edilməsi barədə əmr, əgər təsisçi direktor deyilsə), vergi uçotunda olduğunu təsdiq edən sənədin surəti və rekvizitləri).

2. Tender təklifi, zərflərin açıldığı tarixdən sonra ən azı 90 bank günü qüvvədə olmalıdır.

3. Tender təklifi dəyərinin 1 faizi həcmində bank tə­minatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).

4. Azərbaycan Respublikasında vergilərə və digər ic­bari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdə­liklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbay­can Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud ol­maması barədə sənəd (arayışın tarixi elan verildiyi gün­dən sonra).

5. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd (malgöndərən (podratçı) uçotda olduğu vergi orqanından alır. Arayışın tarixi elan verildiyi gündən sonraya olmalıdır).

6. Satınalma prosedurlarının başlanmasından əvvəl­ki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edil­məməsi barədə sənəd (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən məhkumluqla bağlı arayış. Arayışın tarixi elan verilən ta­rixdən sonraya olmalıdır).

7. Malgöndərənin (podratçının) mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında məlu­mat.

8. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti. (təsdiq olunma tarixi elan verilən tarixdən sonraya olmalıdır).

9. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (arayışın tarixi elan verilən tarixdən sonraya olmalıdır).

Malların göndərilməsinin və işlərin başa çatdırılması­nın tələb olunan müddəti: müqavilə bağlandıqdan son­ra 10 təqvim günü ərzində kommunal təyinatlı maşın və mexanizmlərin istehsalına başlanması barədə sənəd təqdim edilməsi və maksimum 1 (bir) il ərzində müqavilə üzrə müəyyən olunmuş anbarda maşın və mexanizmlə­rin sifarişçiyə təqdim olunmasının başa çatdırılması.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respub­likası Qanununun 40.9-2-ci maddəsi nəzərə alınmaqla, satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatının məbləği müqavilənin ümumi məbləğinin 3 (üç) faizi həc­mində müəyyən olunur. Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatının qüvvədə olma müddəti satınal­ma müqaviləsinin yerinə yetirilməsi müddətindən (tələb olunduğu halda texniki təminat müddəti də daxil olmaqla) 30 bank günü çox olmalıdır.

İştirakçıların təklifləri, eləcə də bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dil­dəki sənədlər və tender təklifləri Azərbaycan dilinə tər­cümə olunaraq təqdim edilməlidir). 

Tender təklifi keyfiyyət (texniki tapşırıq) və maliyyə (qiymət) təkliflərindən ibarətdir. Keyfiyyət və maliyyə (qiy­mət) təklifləri ayrı-ayrı zərflərdə və eyni tarixdə təqdim olunmalıdır. Keyfiyyət təklifi üzərində satınalan təşkilatın və iddiaçının adı, ünvanı, qeyd olunmuş bir ədəd “əsli” və bir ədəd “surəti” ayrı-ayrı bağlı, imzalanıb möhürlən­miş qaydada ikiqat zərflərdə təqdim olunmalıdır. Elanda göstərilən vaxtdan gec təqdim edilən sənədlər və təkliflər qəbul olunmayacaq və açılmadan geri qaytarılacaqdır.

Tenderlə əlaqədar məlumat almaq üçün əlaqələndiri­ci şəxsə müraciət etmək lazımdır. 

Əlaqələndirici şəxs – Əhməd Məmmədov . 

Ünvan – Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfi­yev küçəsi 17.

Telefonlar – (012) 496-52-05.

Açıq tender proseduru “Dövlət satınalmaları haqqın­da” Azərbaycan Respublikasının Qanununa uyğun ke­çiriləcəkdir. Malgöndərənlər (podratçılar) açıq tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri 2 oktyabr 2023-cü il saat 11.00 -a , tender təkliflərini və tender təkliflərinin təminatlarını möhürlənib imzalanmış şəkildə ikiqat zərf­lərdə yazılı surətdə Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi 17 nömrəli ünvana 10 oktyabr 2023-cü il saat 17.00-a qədər təqdim etməlidirlər. İddiaçıların təklif­ləri 11 oktyabr 2023-cü il saat 11.00 -da Bakı şəhəri, Xə­tai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi 17 nömrəli ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri açılı­şı prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

Reklam və elan