“Qazanbulaq Mədəni Məişət” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağının çağırılması haqqında B İ L D İ R İ Ş

post-img

Hörmətli səhmdar!

20 avqust 2023-cü il saat 11.00-da “Qa­zanbulaq Mədəni Məişət” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı Goranboy rayonu, Qazanbulaq Şəhər Tipli Qəsəbədə, cə­miyyətin hüquqi ünvanında (Goranboy rayonu, Qazanbulaq ŞTQ) keçiriləcəkdir.

Yığıncağın gündəliyi:

1. 2022-ci ilin maliyyə-təsərrüfat fəaliyyə­tinin yekunlarına aid hesabatın müzakirəsi və təsdiqi.

2. “Qazanbulaq Mədəni Məişət” ASC-nin ləğv edilməsi.

3. “Qazanbulaq Mədəni Məişət” ASC-nin idarə heyəti sədrinin və üzvlərinin vəzifədən azad olunması və ləğvetmə komissiyasının (təs­viyyəçinin) təyin edilməsi.

4. “Qazanbulaq Mədəni Məişət” ASC-nin ləğv edilməsi ilə əlaqədar qanuna müvafiq təd­birlərin həyata keçirilməsi haqqında qərarın qə­bul olunması.

Telefon-051-513-52-90.

Yığıncağın gündəliyinə aid sənədlərlə cə­miyyətin yerləşdiyi ünvanda tanış olmaq müm­kündür. Yığıncaqda bütün səhmdarlar şəxsiyyəti təsdiq edən sənədlə (vəkil olunmuş nümayən­dələr notarial təsdiqlənmiş etibarnamə və şəx­siyyəti təsdiq edən sənədlə) iştirak edə bilərlər.

“Qazanbulaq Mədəni Məişət” ASC-nin idarə heyətinin sədri Mehtiyev Samir Müzəf­fər oğlu.

Reklam və elan