“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC AÇIQ TENDER ELAN EDİR

post-img

Lot - 1. Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması. 

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini mö­hürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazı­mi maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini təqdim edə bilərlər (əlaqələndirici şəxs - Əhməd Məmmədov 496-52-05) . 

İştirak haqqı 3000,00 manatdır. 

İştirak haqqı heç bir halda qeri qaytarılmır. 

İddiaçılar tenderdə iştirak haqqını aşağıdakı hesaba köçür­məlidirlər: 

Təşkilat-Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti

H/h- AZ22IBAZ38030019446253269215 

VÖEN-1702563281 

Kod- 805625

VÖEN- 9900001881 

M/h- AZ03NABZ01350100000000002944 

SWİFT-IBAZAZ2X

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 

- tenderdə iştirak etmək üçün ərizə; 

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; 

- tender təklifi tender zərflərinin açıldığı gündən sonra azı 100 bank günü təşkil etməlidir; 

- tender təklifinin 1 faizi həcmində bank təminatı;

- tender təklifi təminatının qüvvədə olma müddəti tender tək­lifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır;

- müqavilənin yerinə yetirilməsinin təminatı müqavilənin ye­rinə yetirilmə müddətindən sonra 30 bank günü çox olmalıdır. Müqavilənin yerinə yetirilməsi təminatı 5 faizdir;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödə­nişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini da-yandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə sənəd;

- mənfəət vergisinin bəyannaməsi (2022-ci ili əhatə etməli və hesabat vergi orqanı tərəfindən məktubla təsdiq edilməlidir. Təs­diq məktubu elektron qaydada əldə olunduqda notarial təsdiqlı təqdim edilməlidir); 

- maliyyə vəziyyəti haqqında hesabat, mənfəət və zərər haqqında hesabat, kapitalda dəyişikliklər haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabat. (2022-ci ili əhatə et­məli və hesabatlar müstəqil auditor tərəfindən təsdiq olunmalıdır); 

- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmama­sı, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması və məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayan­dırılmış şəxs olmaması barədə sənəd;

- iddiaçının son bir il ərzində maliyyə vəsaiti haqqında bank tərəfindən verilmiş arayış; 

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyat­dan keçdiyi ölkə və rekvizitləri; 

- iddiaçının oxşar təyinatlı və analoji işlər sahəsində azı 3 mil­yon manat həcmində müqavilələri və təhvil - təslim aktları təqdim edilməlidir; 

- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ər­zində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar ci­nayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliy-yətləri ilə məşğul olmasının məhkəmə qaydasında qada­ğan edilməməsi barədə sənəd;

- iddiaçının texniki imkanları barədə məlumat (əsas şərtlər toplusuna əsasən); 

- müvafiq kadr imkanları barədə məlumat (əsas şərtlər toplu­suna əsasən);

- sahibkarlıq subyektinin meyarını müəyyən edən sənəd; 

- müvafiq fəaliyyət sahəsini həyata keçirmək üçün lisenziya (əlavələri ilə birlikdə).

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları tender komissiyasına yazılı şəkildə ünvan­laya bilərlər. 

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbay­can Respublikasının Qanununa uyğun keçiriləcəkdir. 

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 3 iyul 2023-cü il saat 17.00-a, tender təkliflərini və tender təkliflərinin təminatlarını isə möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə Bakı, Nəcəfqulu Rəfiyev küçəsi 17 nömrəli ünvana 13 iyul 2023-cü il saat 17.00-a qədər təqdim etməlidirlər. 

İddiaçıların təklifləri 14 iyul 2023-cü il saat 10.00-da Bakı, Nə­cəfqulu Rəfiyev küçəsi 7 nömrəli ünvanda açılacaqdır. 

İddiaçıların səlahiyyətli nümayəndələri açılış prosedurunda iştirak edə bilərlər. 

Tender komissiyası

Reklam və elan